Anar Məmmədli və Əbdül Əbilov 1 günlük karserə salındı

“NİDA-çılayla kobud davranılıb, ona fiziki zorakılıq və təzyiq olunub”

Source:


“NİDA-çılayla kobud davranılıb, ona fiziki zorakılıq və təzyiq olunub”

“Yanvar ayının 25-də nidaçı bloqqer Əbdül Əbilovun anası Nurcahan Əbilova mətbuata açıqlama verdi ki, Əbdülün səhhətində problemlər var. Nida Vətəndaş Hərəkatı olaraq məsələni araşdırdıq və 13 saylı cəzacəkmə müəssisəsində saxlanılan siyasi məhbuslarla bağlı türmə rəhbərliyinin özbaşınalıqları və təzyiqləri haqda məlumatlar əldə etdik. İlkin olaraq Əbdül Əbilovla bağlı ictimaiyyəti məlumatlandırmaq istəyirik ki, o digər siyasi məhbus Anar Məmmədliylə birlikdə yemək yediyinə görə bir günlük karserə salınıb”.

Bu məlumatı NİDA Vətəndaş Hərəkatı Facebook səhifəsində yayıb.

Məlumatda bildirilir ki, Əbdül Əbilovla kobud davranılıb, ona fiziki zorakılıq və təzyiq olunub: “Ümumiyyətlə, 13 saylı cəzaçəkmə müəssisəsində digər siyasi məhbuslarla da türmə rəhbərliyi kobud davranır və müxtəlif qanunsuz qadağalar qoyub. Siyasi məhbuslara bir biri ilə görüşməyə, söhbət etməyə, birgə yemək yeməyə imkan verilmir. Onlara bir-biri ilə görüşəcəkləri təqdirdə cəzalandırılacaqları bildirilib”.

Nida Vətəndaş Hərəkatı olaraq Ədliyyə Nazirliyindən, Penitensiar Xidmətdən və digər aidiyyatı qurumlardan baş verənləri araşdırmağı, 13 saylı həbsxana rəhbərliyindən isə məhbuslarla qeyri-insanı davranışı dayandırmağı tələb edir!

Penitensiar Xidmətdən məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Cəza İcra Qanunvericiliyinin tələblərinə görə, cəzanı icra edən orqan cəza çəkən şəxsin yerdəyişmələri, barəsində tətbiq olunan tənbeh tədbirləri və s. haqda məlumatları KİV-ə vermək səlahiyyətində deyil.

“Bu məlumatları məhkumun razılığı ilə yalnız onun vəkili və ailə üzvləri əldə edə bilərlər. Hər hansı məhkumun barəsində çıxarılmış tənbeh tədbirindən narazılığına gəlincə isə AR Cəza İcra Qanunvericiliyinə görə, onun bununla bağlı cəzanı icra edən müəssisə rəhbərliyinin qərarından məhkəməyə müraciət etmək hüququ var. Tətbiq olunmuş tənbeh tədbirinin səbəbləri cəzanı icra edən orqan yalnız məhkəmə orqanı qarşısında aydınlıq gətirməyə borcludur”, – deyə açıqlamada bildirilir.

Ana səhifəXəbərlərAnar Məmmədli və Əbdül Əbilov 1 günlük karserə salındı