Anar Məmmədli Vatslav Havel Mükafatına layiq görüldüyünü böyük sevinclə qarşılayıb

O, hesab edir ki, Vatslav Havel Mükafatına layiq görülməsi günahsız olduğunu və heç bir cinayət törətmədiyini təsdiqləyir

Source:


 O, hesab edir ki, Vatslav Havel Mükafatına layiq görülməsi günahsız olduğunu və heç bir cinayət törətmədiyini təsdiqləyir

Məlumatı mediaforum.az saytına Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Samir Kazımlı verib. Onun sözlərinə görə, Anar Məmmədli Vatslav Havel Mükafatına layiq görülməsindən sentyabrın 30-da vəkili Əlibaba Rzayevlə görüşdə xəbər tutub

“Anar Məmmədli bu xəbəri böyük sevinclə qarşılayıb. O hesab edir ki, bu mükafat həm də haqsız yerə həbs olunanlara böyük mənəvi dəstəkdir. Yəni Anar Məmmədlinin fikrincə, Vatslav Havel Mükafatına layiq görülməsi bir daha göstərir ki, o, günahsızdır, heç bir cinayət törətməyib”, deyə Samir Kazımlı bildirib.

Sentyabrın 29-da Anar Məmmədli 2014-cü il üzrə Vatslav Havel Mükafatına layiq görülüb. Qərar Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında elan olunub. Oktyabrın 1-də isə Çexiya paytaxtı Praqada “İnsan Haqları 25 ildən sonra” adlı beynəlxalq konfrans keçiriləcək. Bu konfrans Havel mükafatının qalibinin şərəfinə təşkil edilir.

Vatslav Havel Mükafatını Avropa Şurası Parlament Assambleyası, Praqa Havel Kitabxanası və “Xartiya 77” Fondu birlikdə təsis edib. Bu mükafat insan haqları sahəsində xidmətlərə görə verilir. Mükafat fondu 60 min avrodur.

Ana səhifəXəbərlərAnar Məmmədli Vatslav Havel Mükafatına layiq görüldüyünü böyük sevinclə qarşılayıb