Anar Məmmədli Vaslav Havel mükafatına namizəd oldu

“VCF-nin həmsədri Jeff Lovitt Forum adından I qrupun keçmiş həmsədri Anar Məmmədlini Vaslav Havel mükafatına nominasiya edib”

Source:

“VCF-nin həmsədri Jeff Lovitt Forum adından I qrupun keçmiş həmsədri Anar Məmmədlini Vaslav Havel mükafatına nominasiya edib”

Brüsseldə Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramına cəlb olunan ölkələr üzrə Vətəndaş Cəmiyyəti Forumunda həbsdə olan vicdan məhbusu, SMDT sədri Anar Məmmədlini Vaslav Havel mükafatına nominasiya edib.

Məlumatı forumun iştirakçısı Qubad İbadoğlu Facebook səhifəsində yayıb. Onun sözlərinə görə, avropalı həmkarlar Vətəndaş Cəmiyyəti Forumunun (VCF) I qrup (Demokratiya, İnsan haqlari, Yaxşı İdarəetmə və Sabitlik) toplantısına Brusseldə çap olunan Azərbaycanda siyasi motivlə həbs olunanlara həsr olunmuş banerlə gəldilər: “VCF-nin həmsədri Jeff Lovitt Forum adından I qrupun keçmiş həmsədri Anar Məmmədlinin 5 il 6 ay həbs olunmasından danışdı və elan etdi ki, VCF onu Vastlav Havel mükafatına nominasiya edib”.

Ana səhifəXəbərlərAnar Məmmədli Vaslav Havel mükafatına namizəd oldu