Anar Məmmədli 5,6 il, Bəşir Süleymanlı isə 3,6 il azadlıqdan məhrum edildilər

Anar Məmmədli: “Femidanı zorlayın, birdəfəlik bitsin”

Source:

Anar Məmmədli: “Femidanı zorlayın, birdəfəlik bitsin”

Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Vəliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin rəhbəri Elnur Məmmədova hökm oxunub. Bəşir Süleymanlı məhkəmədə həbs olunub.

Hökmə görə, Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı 3 il 6 ay azadlıqdan məhrum ediliblər. Elnur Məmmədov isə şərti olaraq 3 il 6 ay azadlıqdan məhrum olunub.

Anar Məmmədli hakimə “Femidanı zorlayın, birdəfəlik bitsin” – deməklə hökmə münasibətini bildirib.

Ana səhifəXəbərlərAnar Məmmədli 5,6 il, Bəşir Süleymanlı isə 3,6 il azadlıqdan məhrum edildilər