“Biz müraciət etmişik, qərarı isə ancaq prezident verəcək”
“Əjdər Olun əfv olunması ilə əlaqdar bir neçə ay bundan öncə prezidentə yazmışıq. Müraciətin nəticəsinin necə olacağını isə bilmirəm. Biz ancaq müraciət etmişik, qərarı ancaq prezident verir”.
Bunu Meydan TV-yə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.
O bildirib ki, “Əjdər Ol” təxəllüsü ilə tanınan şair-publisist Əjdər Cəbiyevin əfv olunması ilə əlaqdar Prezident İlham Əliyevə müraciət edib.
Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamının imzalanacağı gözlənilir.
Bunu ilin əvvəlində Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının aprelin 12-də keçirilən iclasında növbəti iclası Zahid Oruc bildirib ki, indiyədək ümumilikdə 1500-dən çox müraciətə baxılıb.
Prezident İlham Əliyev 2022-ci il mayın 27-də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.
1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8987 məhkum əfv olunub.
Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5885 nəfərə şamil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri olmuş Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib.
O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.