”Anamın qanını batırmaq istəyirlər”

Anasının həkim səhlənkarlığından öldüyünü deyən Vüqar Əliyev istintaqdan şikayətçidir

Source:
Xəzanə Əliyeva və oğlu Vüqar Əliyev
Xəzanə Əliyeva və oğlu Vüqar Əliyev


Anasının həkim səhlənkarlığından öldüyünü deyən Vüqar Əliyev istintaqdan şikayətçidir

“Əminəm ki, kimlərəsə “hörmət” olunub. Ona görə də istintaq işini səssiz-səmirsiz bağlamaq istəyirlər”.

Bu sözləri Meydan TV-yə bu il aprelin 27-də qalxanabənzər vəzidən (zob-red) əməliyyat edilən və növbəti gün isə həyatını itirən Xəzanə Əliyevanın oğlu Vüqar Əliyev deyib.

O bildirib ki, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin cərrah-endokrinoloqu Fəridə Saidova tərəfindən həyata keçirilən, sonra isə ölümlə nəticələnən faktla bağlı Səhiyyə Nazirliyi, həmçinin Baş Prokurorluğa etdiyi yazılı müraciət nəticəsiz qalıb:

“Bugünlərdə prokurorluqdan mənə bildirildi ki, iş hələ tamamlanmayıb. Tibbi ekspertizanın cavabını gözləyirik. Anlamıram, tibbi ekspertizanın rəyi niyə bu qədər yubanır? Artıq 3 aydır ki, gözləyirik. “Yubanmanın səbəb nədir?”- deyə, soruşanda, prokuror cavabında “bu işin gedişatı belədir” – söylədi. Sonra da əlavə etdi ki, səbrli olun, bəs biz öz işimizi bilirik. Əminəm ki, anamın qanını batırmaq istəyirlər”.

Şikayətçi məsələ ilə bağlı prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyini deyib:

“İstintaq işi qeyri-şəffaf aparıldığı üçün iyulun 15-də şikayət məktubu yazmışam. Həkim laqeyidsizliyi və məsuliyyətsizliyi ucbatından anam ölüb. Mən heç kimə böhtan atmaq istəmirəm, yanımda da kiməsə pul verilməyib. Amma bu reallıqdır ki, həkim səhlənkarlığı ucbatından ortada ölüm faktı var. İstintaq işinin də bu qədər uzanması və sakit formada bağlanması zənnimcə, səbəbsiz deyil. Bunlar elə bir don geyindirib, hər şeyi dünyasını dəyişənin üstünə atacaqlar”.

53 yaşlı Xəzanə Adil qızı Əliyeva M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin cərrah-endokrinoloqu Fəridə Saidova tərəfindən bu ilin aprel ayının 27-də qalxanabənzər vəzidən (hipotireoidizm xəstəliyi-red) əməliyyat olunub. Xəstə növbəti gün səhər saatlarında vəfat edib. Əməliyyatı həyata keçirən həkim ölümə səbəb trombemboliya (ürək-damar və qan sistemi xəstəliyi-red) olduğunu deyib.

Ailə üzvləri Meydan TV-yə reanimasiyada olarkən mərhumun barmağından qızıl üzüyünün oğurlandığını

deyib

. X.Əliyevanın oğlu bununla bağlı Binəqədi

Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə müracət etsə də, bu işin də araşdırılmadığını diqqətə çatdırıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə məsələ ilə bağlı açıqlama vermək istəməyiblər.

Baş Prokurorluqdan isə məhkəmə tibbi ekspertizasının rəyinin alınmadığı üçün prosesin yubandığı bildirilib.

Ana səhifəXəbərlər”Anamın qanını batırmaq istəyirlər”