“Ana fəryadı” abidəsi önündə jurnalistlərin fəaliyyəti əngəllənib

Polislər “Kimə istəyirsiniz şikayət edin, bizlik deyil” söyləyiblər.

Source:

Polislər “Kimə istəyirsiniz şikayət edin, bizlik deyil” söyləyiblər.

Fevralın 26-da Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar “Ana fəryadı” abidəsini ziyarət davam edir. Səhər saatlarından hökumət rəsmiləri, parlament üzvləri, siyasi partiyalar və büdcə təşkilatlarının nümayəndələri abidəni ziyarət edirlər. Ancaq prezident İlham Əliyev abidəni ziyarət edən zaman polis media nümayəndələrinin çəkiliş aparmasına mane olub. Meydan TV-nin əməkdaşının abidə qarşısından verdiyi məlumata görə polislər sərt, hətta fiziki imkanlarından istifadə edərək jurnalistləri hadisə yerindən uzaqülaşdırıblar. Media nümayəndələri KİV haqqında qanunvericiliyin tələblərini polislərə xatırlıatsalar da, buna məgəl qoyulmayıb. Polislər açıq şəkildə bildirib ki, onlara göstəriş verilib, ona görə buraxa bilməzlər. “Kimə istəyirsiniz şikayət edin, bizlik deyil” -söyləyərək jurnalistlərin fəaliyyətini məhdudlaşdırlıblar.

Ana səhifəXəbərlər“Ana fəryadı” abidəsi önündə jurnalistlərin fəaliyyəti əngəllənib