Ana doğuş zamanı öldü

Nazir müavini: “Ana və uşaq ölümü azalıb”

Arxiv Meydan Tv
həkim
həkim


Nazir müavini: “Ana və uşaq ölümü azalıb”

Azərbaycanda doğuş zamanı daha bir ölüm hadisəsi qeydə alınıb.

Bu barədə “Report”a Ağcabədi rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, rayon mərkəzi xəstəxanasında 22 yaşlı Nurlana Quliyeva qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev sentyabrın 8-də Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Azərbaycanda son illər ana və uşaq ölümlərinin sayının azaldığını deyib. O, bildirib ki, bu məsələ Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir, nazirlik belə halların olmasını istəmir.

Ana səhifəXəbərlərAna doğuş zamanı öldü