“Amnesty International”dan AXCP bəyanatı

Təşkilat hakimiyyəti cəbhəçilərə qarşı təqib kampaniyasını dayandırmağa, bütün siyasi opponentlər və hökumət tənqidçilərinin ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarını təmin etməyə çağırır.

Source:


Təşkilat hakimiyyəti cəbhəçilərə qarşı təqib kampaniyasını dayandırmağa, bütün siyasi opponentlər və hökumət tənqidçilərinin ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarını təmin etməyə çağırır.

Bu həftə hakimiyyətin AXCP-yə təzyiqləri ilə yadda qaldı. Partiyanın qərargahındakı partlayışdan sonra cəbhəçilər ofisdən çıxarıldı, ardınca təşkilatın 7 üzvü polisə müqavimət ittihamı ilə 20 sutka azadlıqdan məhrum edildilər.

Martın 7-də “Amnesty International” (Beynəlxalq Amnistiya Təşkilatı) partiyaya qarşı təzyiqlərlə bağlı bəyanatla çıxış edib. Sənəddə bildirilir ki, partiyanın yeddi üzvünə inzibati həbslər verilib, partiya qərargahını itirib: “Saxlanan fəalların sayı və onların belə qısa bir müddət ərzində məhkum olunması bu həbslərin AXCP-yə qarşı planlı hücumun bir hissəsi olduğunu deməyə əsas verir. Bu həbslər dalğası ilə Azərbaycan hakimiyyəti müxalifət daxilində əsas təşkilatçıları hədəfə almış kimi görünür. Saxlananlar internetdə tənqidi fikirlərini yayıblar”. “Amnesty International”  partiyanın qərargahı ilə bağlı hakimiyyətin apardığı təhlükəsizlik qiymətləndirməsinin keyfiyyətinə şərh verə bilmədiyini hesab edib: “Ancaq binanın sahibinə hədə iddiaları, partlayışa dair rəsmi izahın inandırıcı görünməməsi, söküntünün aparıldığı sürət gələcək təhqiqatla bağlı suallar yaradır. Təşkilat ümid edir ki, son həbslər dalğası rejimin siyasi opponentlərə dair mövqeyinin sərtləşdiyini göstərir: “Beynəlxalq ədalətli məhkəmə standartlarına əməl olunmadığına görə düşünmək olar ki, bu həbslər fəalları cəzalandırmaq məqsədi daşıyır. Ona görə hakimiyyəti AXCP üzvlərinə qarşı təqib kampaniyasını dayandırmağa, bütün siyasi opponentlər və hökumət tənqidçilərinin ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarını təmin etməyə çağırırıq”.

Ana səhifəXəbərlər“Amnesty International”dan AXCP bəyanatı