”Amnesty International”: Qiyas İbrahimov dərhal azad edilsin

”22 yaşlı fəala 10 il həbs verilməsi ifadə azadlığının şokedici təhqiridir”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


”22 yaşlı fəala 10 il həbs verilməsi ifadə azadlığının şokedici təhqiridir”

“Amnesty International” Təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun təcili azad edilməsinə çağırış edib.

“Sabiq prezidentin heykəli üzərinə qraffiti çəkdikdən sonra həbs edilmiş 22 yaşlı fəala 10 il həbs verilməsi ifadə azadlığının şokedici təhqiridir” – təşkilatın bəyanatında deyilir.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bildirib ki, Qiyas İbrahimova kəsilən hökm ədalətə tam istehzadır.

Oktyabrın 25-də Qiyas İbrahimov narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qiyas İbrahimov və Bayram Məmmədov mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar.

Təşkilat həmçinin Qiyas İbrahimovun həbs edildikdən sonra işgəncə gördüyünü qeyd edib.

İbrahimov məhkəmədə son sözündə narkotik ittihamlarını qəbul etmədiyini bildirib. (BBC-Azərbaycanca)

Ana səhifəXəbərlər”Amnesty International”: Qiyas İbrahimov dərhal azad edilsin