“Amnesty Insternational” dünya ictimaiyyətinə müraciət etdi

“Murad Ədilovun tam təcrid edilmiş mühitdə saxlanılması ona işgəncə verilməsindən xəbər verir”

Source:


“Murad Ədilovun tam təcrid edilmiş mühitdə saxlanılması ona işgəncə verilməsindən xəbər verir”

“Amnesty Insternational” beynəlxalq hüquq-müdafiə təşkilatı narkotiklə şərlənərək həbs olunan AXCP Sabirabad təşkilatının üzvü Murad Ədilovla bağlı dünya ictimaiyyətinə müraciət edib. “Amnesty Insternational”  “Siyasi fəal həbs edilib, işgəncə riski var” başlıqlı bəyanatında beynəlxalq ictimaiyyəti Azərbaycanda baş verənlər haqda məlumatlandırmaqla yanaşı, ölkə rəhbərliyinə təzyiq göstərməyə çağırıb.

Bəyanatda bildirilir ki, siyasi fəal Murad Ədilov avqustun 11-də saxta narkotik ittihamı ilə həbs edilib. O, tam təcrid edilmiş mühitdə saxlanılır ki, bu da ona işgəncə verilməsindən xəbər verir.

“Murad Ədilov avqustun 11-də polislərin onun evinin axtarış zamanı narkotik tapılması iddiasi ilə həbs edilib. Bakıda keçirilən məhkəmə prosesində onun barəsində narkotik saxlama itihamı üzrə ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Məhkəmədə onun vəkilləri iştirak etməyib. Ancaq Murad öz vəkilinə tutulan zaman işgəncəyə məruz qalmasına dair şikayət göndərib. Bugünədək vəkilinin onunla görüşməyinə imkan verilməyib. Muradın qardaşı Natiq Ədilov deyir ki, qardaşı heç vaxt narkotikdən istifadə etməyib. Natiq Ədilovun sözlərinə görə, qardaşının həbsi sırf onun özünün müxalif mövqeyi və tənqidçi jurnalist fəaliyyətilə bağlı olub. Natiq Ədilov ötən il dekabr ayının 4-də Baş Prokurorluqdan “sosial şəbəkələrdə ölkənin dinamik inkişafının, həyat səviyyəsinin artımının və iqtisadi islahatların əsl mahiyyətinin ziddinə olan və milli mənəvi dəyərləri tapdalayan informasiya və fikirlər yaydığına” görə xəbərdarlıq alıb. Rəsmilər onu bu hərəkətləri davam etdirəcəyi halda, ciddi addımlar atılacağı ilə hədələyiblər” – deyə bəyanatda bildirilir.

Bəyanat bu fikirlər yekunlaşır: “Natiq Ədilov Azərbaycan hakimiyyətini tənqid edən məşhur şəxslərdən biridir. O, AXCP funksioneri, həmçinin “Azadlıq” qəzetinin köşə yazarı və hakimiyyətin təzyiqlərinə baxmayaraq, peyk televiziyasından yayımlanan “Azərbaycan Saatı” verilişinin aparıcılarından biridir. Qardaşı Murad Ədilov da AXCP üzvü olmaqla, siyasi fəallardan biridir”.

Ana səhifəXəbərlər“Amnesty Insternational” dünya ictimaiyyətinə müraciət etdi