”Amerikanın yeni prezidenti avtoritar ölkələrin rəhbərlərilə konkret danışmalıdır”

Zaur Əkbər: Cənab Kramer bildirdi ki, imkan vermək olmaz demokratik institutlar sıradan çıxsın

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


Zaur Əkbər: Cənab Kramer bildirdi ki, imkan vermək olmaz demokratik institutlar sıradan çıxsın

“Amerikanın yeni seçiləcək prezidenti avtoritar ölkələrin rəhbərlərilə birbaşa və konkret danışmalıdır. Əks təqdirdə, bu ölkələrin rəhbərləri repressiv siyasətlərini davam etdirib istəklərinə nail olacaq, nəticədə bu, Amerikanın bölgədə nüfuzunun sarsılmasına və strateji maraqlarının sıradan çıxarılmasına gətirəcək”.

Bu fikirləri ABŞ Dövlət Katibinin müavinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi David Kramer Gənclərin Atlantik Müqaviləsi Asosiasiyasının rəhbəri Zaur Əkbərlə görüşü zamanı səsləndirib.

Görüş McCain İnstitutunda baş tutub.

Görüş barədə Meydan TV-yə məlumat verən Zaur Əkbər deyir ki, müzakirə predmeti Azərbaycanda baş verən ictimai-siyasi proseslər olub: “Cənab Kramer bildirdi ki, imkan vermək olmaz demokratik institutlar sıradan çıxsın. Mən də ölkədə sosial-ictimai vəziyyətin dözülməz olduğunu, hökumətin bütün siyasi imkanları məhdudlaşdırıdığını söylədim”.

Ana səhifəXəbərlər”Amerikanın yeni prezidenti avtoritar ölkələrin rəhbərlərilə konkret danışmalıdır”