Amerikalı senator vəfat edib

Makkeyn Rusiyaya qarşı sərt sanksiyaların tətbiqinin tərəfdarlarından olub

Source:
Con Makkeyn
Con Makkeyn


Con Makkeyn Rusiyaya qarşı sərt sanksiyaların tətbiqinin tərəfdarlarından olub

Amerikalı senator, keçmiş prezidentliyə namizəd Con Makkeyn avqustun 26-da 81 yaşında vəfat edib.

2017-ci ildən beyin xərçəngindən əziyyət çəkən Con Makkeyn bir neçə gün öncə müalicəni dayandırdığını elan etmişdi.

Respublikaçı olan Con Makkeyn prezident Donald Trampın daxili və xarici siyasətinin sərt tənqidçilərindən idi. C.Makkeyn Rusiyaya qarşı sərt sanksiyaların tətbiqinin tərəfdarlarından olub.

O, dəfn mərasimində sabiq prezidentlər Corc Buş və Barak Obamanın iştirakını arzulasa da, Trampı bu sırada görmək istəmədiyini vəsiyyət etmişdi.

C.Makkeyn 1967-1973-cü illərdə Veytnam müharibəsində əsirlikdə olmuşdu.

C.Makkeyn 1936-cı ildə doğulub, Senatda Arizona ştatını təmsil edirdi. 2008-ci ildə respublikaçıların prezidentliyə namizədi olub.

Ana səhifəXəbərlərAmerikalı senator vəfat edib