Amerikadan Rusiyaya Xəzər bəyanatı

“Azərbaycanla təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində, NATO çərçivəsində sıx əməkdaşlığı dəstəkləyirik”

Source:


“Azərbaycanla təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində, NATO çərçivəsində sıx əməkdaşlığı dəstəkləyirik”

“Biz gördük ki, Xəzər sammitinin birgə bəyanatı bu regionda başqa ölkələrin silahlı qüvvələrinin iştirakına yol vermir. Biz Azərbaycanla təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində, NATO çərçivəsində sıx əməkdaşlığı dəstəkləyirik. Biz güman etmirik ki, Xəzər ölkələri prezidentlərinin bəyanatı bu əməkdaşlığa dəyişiklik etsin”, – deyə Dövlət Departamentinin mətbuat katibi Ceyn Psaki Vaşinqtonda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Əvvəllər planlaşdırıldığı kimi, ABŞ Azərbaycanda gəmi inşa edəcəkmi” sualının cavabında Psaki deyib: “Bizim Xəzərdə hərbi iştirakımız yoxdur və bu, planlaşdırılmır”.

Eyni zamanda o, Azərbaycanda hərbi müşavirlərin olması ilə bağlı sualı müsbət cavanlandırıb.

Ana səhifəXəbərlərAmerikadan Rusiyaya Xəzər bəyanatı