Amerika səfirliyi Azadlıq Radiosunun Bakı ofisinin möhürlənməsindən narahat olub

“Ümid edirik edirik ki, Azərbaycan hökuməti azad və müstəqil mətbuatın dövlətin inkişafı üçün mühüm olması fikirini bizimlə paylaşır və fəaliyyətini məhz bu zəmin əsasında quracaq”

Source:


“Ümid edirik edirik ki, Azərbaycan hökuməti azad və müstəqil mətbuatın dövlətin inkişafı üçün mühüm olması fikirini bizimlə paylaşır və fəaliyyətini məhz bu zəmin əsasında quracaq”

ABŞ-ın Azərbaycandakı səfirliyi “Azadlıq” radiosunun Bakı bürosunda axtarış aparılması və ofisin möhürlənməsi ilə bağlı bəyanat yayıb.

Səfirliyin saytında yerləşdirilən bəyanatda deyilir: “Azadlıq Radiosunun Bakı Bürosununda axtarış keçirilməsi və radio əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən dindirilməsi barədə məlumatlar bizi narahat edir. Axtarışın keçirilməsi və dindirilmələrin səbəbləri aydın deyil. Biz müvafiq rəsmiləri həm Azərbaycanın media azadlığına dair beynəlxalq öhdəliyə, həm də dövlətin qanunvericiliyinə uyğun olaraq şəffaf araşdırmanın keçirməsinə çağırırıq. Ümid edirik edirik ki, Azərbaycan hökuməti azad və müstəqil mətbuatın dövlətin inkişafı üçün mühüm olması fikirini bizimlə paylaşır və fəaliyyətini məhz bu zəmin əsasında quracaq”.

Ana səhifəXəbərlərAmerika səfirliyi Azadlıq Radiosunun Bakı ofisinin möhürlənməsindən narahat olub