AMEA prezidenti, akademik Akif Əlizadəyə açıq məktub

Kibernetika institunun rəhbərliyindəkilər kibernetika elmindən daha qocadırlar.

Source:

Cənab prezident, sizə açıq məktubla müraciət etməyimin səbəbi bir çoxlarına qəribə görünə bilər. Lakin bu, vəziyyəti dəyişmir. Bu yaxınlarda mənə əyan olub ki, Azərbaycanda yaşayan qarışqaların növləri hələ də müəyyən edilməyib. Siz və başqaları düşünə bilər: “ölkədə bu qədər problemin olduğu halda qarışqaların növünün hələ də müəyyən edilməməsi bir problem kimi hesaba alınmamalıdır”. Əlbəttə, Azərbaycan elminin, Azərbycan aliminin vəziyyəti çox adama bəllidir. Bu haqda “

Bizim Professorlar

” adlı yazımda geniş yazmışam. Azərbaycan alimi elmə töhfə vermək əvəzinə elmi ve tərəqqini gözdən salmaqla məşğuldur. Yəni Azərbaycan aliminin elmə dəxli yoxdur. Guya bir balaca ciddisi professor Rafiq Əliyev idi. Hazirda Rafiq müəllim elmdən daha çox mollalıq etməklə məşğuldur. Biz onu Professor Rafiq Əliyev deyil, molla Rafiq Əliyev adlandırsaq daha ədalətli olarıq. Molla sözünün isə necə qəbul edilməsi hər kəsin öz seçimidir. Bir çoxları mollanın da öz növbəsində alim olduğunu iddia edə bilərlər. Bizim elmlər akademiyasında professorların, elm adamlarınin iş günü mütləq elektrik samovarının, elektrik çaynikinin işə salınmasi ilə başlayır. Ötən il bir konfransda iştirak etdim. Bizim elm adamlarının davranışlarını görəndə və məruzələrini dinləyəndə ölüb yerə girmək, bu ağır xəcalətdən azad olmaq istəyirdim. Belə bir elmlər akademiyasında mələyin uçma surətinin müəyyən edilməsi, amma qarışqaların növünün hələ də müəyyən edilməməsi belə baxanda təbiidir. Siz öz məqsədinizi və istiqamətinizi açıq bəyan etsəydiniz adamların da işi bir az yüngülləşərdi. Bilərdik ki, o binadan elm adına nəsə gözləmək qozu divara yapışdırmaq qədər yersizdi. Hərçənd bir çox sivil insanlar bu acı həqiqətlə artıq barışıblar. Elmlər akademiyasında baş verənlər adama Conatan Sviftin “Qulliverin Səyahəti” əsərin xatırladır.

Bu yaxınlarda bir imkanlı şəxs bir məclisə araq gətirmişdi. Mən içmədim. Arağı gətirən adam dedi ki, sən mütləq bu araqdan içməlisən, bu araq başqa araqdır. Daha sonra məlum oldu ki, hansısa elmi araşdırma aparmaq üçün bizim elmlər akademiyası xaricdən bahalı bir aparat alıbdır. Həmin aparatda elmi araşdırma aparmaq əvəzində bizim porofessorlar, elm adamları araq çəkməyə üstünlük veriblər. Beləliklə mükəmməl bir araq çəkərək hal-hazırda ən münasib adamları bu gözəl araqla təmin etməkdədirlər. Doğurdan da bu sözlərdən sonra bizim elm adamlarının yaradıcılığı ilə tanış olmaq qərarına gəldim. Etiraf edim ki, bizim elm adamları böyük nailiyyət əldə etmişdilər. İkinci söhbət daha dəhşətlidir. Bizim elmlər akademiyasında bir qrup alim harda, nə əkməyin faydaları haqqında elmi araşdırmalar aparırlar. Tutaq ki, filan torpağa çovdar əksək yaxşı olar, yoxsa qarğıdalı, yaxud yonca. Amma məsələ ondadır ki, həmin torpaqlar indi, hal-hazırda yoxdur. Yəni həmin torpaqlarda villa, restoran, istirahət mərkəzləri tikiblər. Torpaq yoxdu, amma alimlər bu torpaqların yoxluğundan xəbərsizdirlər. Ola bilər ki, xəbərləri var. Bəs o zaman bu araşdırmaların mənası nədir? Bu qoca alimlərin apardıqları araşdırmalar kimə lazımdır? Niyə bu qoca alimlər daha münasib bir işlə məşğul olmurlar. Elə birbaşa gedib həmin villalarda, istirahət mərkəzlərində bağbanlıq etsələr daha yaxşı olmazmı? Soruşuram niyə bu alimləri işdən çıxarmırlar. Deyirlər ki, onların işdən çıxarılması sərf etmir. Hərəsini bir otaqla və elektrik çayniki ilə təmin etmək daha rahatdır. Eşitdiyimə görə kibernetika institunun rəhbərliyindəkilər kibernetika elmindən daha qocadırlar.

Cənab prezident, bizim elmlər akademiyası əcnəbi alimlərin elmi işlərini, əsərlərini tərcümə etməklə məşğuldur. Bədbəxtçiliyi onadadır ki, onlar həm də pis tərcüməçidirlər. Əgər siz elmi və tərəqqini başqasının elmi işini, əsərini tərcümə edib bizim alim olmaq istəyən pullularımıza, vəzifəlilərimizə, deputatlarımıza satmaq kimi təsəvvür edirsinizsə, o zaman bu açıq məktubla sizi narahat etdiyim üçün üzr istəyirəm.


Yazıçı, publisist, maarifçi, ictimai-siyasi xadim,


mütəfəkkir, Nyu-York Elmlər Akademiyasının üzvü.

Ana səhifəMənim FikrimcəAMEA prezidenti, akademik Akif Əlizadəyə açıq məktub