Satılan qızılın həcmi təxminən 3 tondur
Azərbaycan Mərkəzi Bankı noyabrda təqribən 3 ton qızıl satıb.
APA yazır ki, Beynəlxalq Valyuta Fondunun hesabatında belə deyilir. 3 ton AMB-nin ümumi qızıl ehtiyatının 12 faizini təşkil edir.
Bununla da AMB-nin qızıl ehtiyatının 22 ton 15 kiloqram səviyyəsinə endiyi deyilir.
Sənəddə həmin dövrdə Rusiyanın 1.033 min, Qazaxıstanın isə 99 min unsiya qızıl satın aldığı qeyd edilir.