”AMAY” Ticarət Mərkəzinin rəhbərinə qarşı yeni cinayət işi açılıb

Abdulla Abdullayevə qarşı dələduzluq ittihamı sürülüb

Source:
AMAY
AMAY


Abdulla Abdullayevə qarşı dələduzluq ittihamı sürülüb

“AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev barəsində yeni cinayət işi başlanılıb.

Bu barədə məlumatı “Report” işdə zərəkəçmiş kimi keçən Elçin Kərimovun vəkili Kamandar Nəsibova

istinadən yayıb

.

Vəkilin sözlərinə görə, A.Abdullayev Elçin Kərimova qarşı dələduzluq edib:

“Abdulla Abdullayev 2012-ci ildə müvəkkilim Elçin Kərimova dəyəri 256 min dollar olan üç qeyri-yaşayış obyekti satıb. Lakin həmin obyektlərin daha əvvəl dörd nəfərə də satıldığı məlum olub”.

K.Nəsibov qeyd edib ki, Abdulla Avdullayevin cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilir.

“Bizə bildirildi ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abdulla Abdullayevin 7 milyon manat dəyərində cinayət işi araşdırılır. Bizim işi də həmin işə birləşdirəcəklər”.

A.Abdullayev 2015-ci ilin aprel ayının 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu AMAY MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.

O, Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda ziyan vurmaqla dələduzluq, mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə, külli miqdarda mənimsəmə və ya israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunub.

2015-ci il sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Abdullayev apelyasiya şikayəti verib. Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra A.Abdullayev kassasiya şikayəti verib. Ali Məhkəmə isə onun barəsində şərti cəza verib və A.Abdullayev məhkəmə zalından azadlığa vuraxılıb.

Ana səhifəXəbərlər”AMAY” Ticarət Mərkəzinin rəhbərinə qarşı yeni cinayət işi açılıb