Altay Göyüşov: Məqsəd Azərbaycanı Türkmənistandan fərqləndirməməkdir


”İnsanların susmasına baxmayın, onlar dəyişikliklərin mahiyyətini anlayırlar”



İyulun 25-də




Konstitusiya Məhkəməsi




prezidentin təqdim etdiyi




Referendum Aktı layihəsinə müsbət rəy verib.




Bir həftə əvvəl gündəmə çıxarılan rəy artıq hüquqşünaslar və müxalifət tərəfindən müzakirə predmetinə çevrilib. Tarixçi-alim Altay Göyüşovla söhbətimizi gözlənilən referendumun Azərbaycanın ictimai-siyasi




həyatı




və gələcək tarixi üçün hansı




nəticələr




verəcəyi üzərində qurmağa çalışdıq.


– Altay bəy, müxalifət


nümayəndələri


Konstitusiya Məhkəməsinin prezident İlham Əliyevin Referendum Aktı layihəsinə müsbət rəy verməsini gözlənilən hesab edib. Bu yanaşma ümidsizlikdən xəbər vermirmi?


S


izin gözləntiniz


necə idi


?

– Azərbaycan üçüncü dəfə Konstitusiya dəyişikliklərinə gedir. Birincisi, 2002-ci ildə, ikincisi 2009-cu ildə və bu il üçüncü dəyişikliklər gerçəkləşəcək. 2002-ci ildə həyata keçirilən dəyişikliklərin məqsədi İlham Əliyevin hakimiyyətə yolunu açmaq idi. O mənada ki, baş nazir ikinci adam olurdu və bu da imkan verirdi ki, İlham Əliyev prezidentin fərmanıyla baş nazir təyin olunsun. Bundan sonra prezident seçkilərində qalib gəlməsinə özü birbaşa nəzarət etsin. İkinci məqsəd isə proporsional seçki qaydasının ləğv olunmasıydı, çünki 2000-ci il parlament seçkilərində faktiki olaraq YAP məğlubiyyətə uğramışdı. Bu, yalnız insanların bildiyi mənəvi məğlubiyyət deyildi, həm də seçki qutusundan hakim partiya birinci çıxa bilməmişdi.


– Hətta o zaman bir sıra beynəlxalq təşkilatların nümayəndələri Müsavat başqanı İsa Qəmbəri qələbə münasibətilə təbrik etmişdilər…

– Bəli. Həm də 2000-ci ilin seçkilərinə qədər “karusel” yox idi, “karusel” təkrar seçkilərdə və 2003-cü il prezident seçkilərində meydana gəldi. “Karusel”in olmaması onunla nəticələndi ki, YAP proporsional seçkilərdə məğlub oldu. Referendumun məqsədi proporsional seçki qaydasını sıradan çıxarmaq idi. Faktiki olaraq, ölkənin demokratik inkişafının qarşısı alınırdı və eyni zamanda, sülalə rejimi formalaşdırılırdı. 2009-cu il referendumu da eyni şəkildə ölkənin demokratik yoldan sapdırılması üçün həyata keçirilirdi. Məqsəd İlham Əliyevin üçüncü dəfə prezident olmasını təmin etmək idi. Referendumdan öncə Azadlıq Radiosunun, BBC-nin, “Amerikanın Səsi” radiolarının FM dalğada yayımlanmasının qarşısı alındı. Hakimiyyət tamamilə mediaya nəzarət etmək istəyirdi. Məsələ burasındadır ki, 2009-cu ildən sonra dünyada və Azərbaycanda durum dəyişməyə başladı. İki əsas amil: birinci, “ərəb baharı” başladı, ikinci, hökumət radioları FB-dən uzaqlaşdırsa da, sosial şəbəkələrin meydana çıxmasıyla hakimiyyət informasiyaya nəzarətini itirdi. Hamı İlham Əliyevin üçüncü dəfə prezident olacağından sonra demokratik dalğanın sıradan çıxacağını və müxalifətin perspektivinin qalmayacağını gözləyirdi. Amma sosial şəbəkələr və “ərəb baharı” Azərbaycanda yenidən siyasi aktivliyi gücləndirdi. Bu güclənməyə hökumətin bir cavabı oldu: reppressiya. Media, vətəndaş cəmiyyəti, siyasi partiyalar üzərinə güclü hücum başladı. Ümumiyyətlə, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gələndən sonra bir məqsədi olub: ölkəni mürtəceləşdirmək, demokratiyanın qalıqlarını sıradan çıxarmaq, indiki rejimin uzun ömürlülüyünü təmin etmək. İndiki Konstitusiya dəyişikliyi də eyni məqsədlə həyata keçirilir. Prezident layihəni təqdim edəndə müəyyən suallarımız vardı, amma iyulun 25-də Konstitusiya Məhkəməsinin sənədə müsbət rəy verməsi onu göstərir ki, həmin xəttin davamı gedir. Ona görə də Konstitusiya Məhkəməsinin təklifləri bəyənməsi heç bir şübhə doğurmurdu, çünki son illərdə məhkəmə, qanunverici hakimiyyətlər tamamilə sıradan çıxarılıb. 2010-cu ildən sonra parlamentdə, ümumiyyətlə, müxalifət qalmayıb. Beləliklə, icra hakimiyyəti hər şeyə nəzarət edir və verdiyi təkliflər də sırf formal xarakter daşıyır. Ölkədə məhkəmənin mantiyası var, ədaləti, müstəqilliyi yoxdur, parlamentin adı var, özü isə icraedici hakimiyyətdən asılıdır, bu şəraitdə həmin təkliflər irəli sürülür.


– Gələk, prezidentin təkliflərinin Azərbaycanı hara aparması sualına…

– Bu, bizi mürtəceləşmə yolunun davamına aparır. Yəni indiki rejimin möhkəmlənməsi istiqamətində atdığı növbəti addımdır. Heç bir dəyişiklik baş vermirsə, 2009-cu il referendumundan sonra gözlənilən perspektiv yenə də açılır. Marginallaşmış dünyəvi müxalifət sıradan çıxarılır, amma müqəddəs yer boş qalmır deyə onun yerinə başqa cür müxalifət gəlir, daha doğrusu, dini müxalifət meydana çıxır. Artıq mübarizə Yaxın Şərq ölkələrində olduğu kimi avtoritar hakimiyyətlə siyasi islam arasında gedir. Bununla da dünyəvi müxalifətin proseslərdə iştirakı minimuma endirilir, bu isə klassik durumun yaranmasına gətirib çıxarır. Amma bu, heç bir fövqəladə hadisə olmadan aparılan yoldur. İnsanların susmasına baxmayın, onlar dəyişikliklərin mahiyyətini anlayırlar. Biz görmüşük ki, 2002-ci il referendumundan sonra 2003-cü il müqaviməti oldu, 2009-cu ildən sonra siyasi həyatın fəallaşması oldu, düzdür, hakimiyyət repressiyalarla bunların qarşısını aldı. Hökumət mürtəceləşdirmə siyasətini davam etdirsə də, zəif cəhətləri də var. Ən böyük zəiflik iqtisadi problemlərdir. Ölkə iqtisadiyyatı tamamilə neft amilindən asılıdır, neftin qiymətilə bərabər istehsalı da aşağı düşüb. Banklar bağlanır, milli valyutanın durumu ağırdır, həm də sahibkarlıq fəaliyyəti üçün rəqabətli şərait yaradılmayıb. Bəli, hökumətin “yumruğu” var və bu, öz gücünü həyata keçirmək imkanına malikdir, hər şeyə nəzarət edirlər. O biri tərəfdən də yarıtmaz idarəetmə nəticəsində iqtisadiyyatın da vəziyyəti bəllidir. Bütün hallarda “sabah necə olacaq” sualına cavab vermək çətindir, amma ümumi perspektivlər göz önündədir. Əgər müqavimət olmursa, gedişat Azərbaycanı demokratik müxalifətin sıradan çıxmasına və qarşılığında siyasi islamın gəlməsinə aparır,  yaxud da iqtisadi durum hökuməti islahatlara məcbur edir. Sonuncu fikrim utopik də ola bilər. Məsələ ondadır ki, növbəti konstitusiya dəyişiklikləri İlham Əliyevi leqal şəkildə monarxa çevirir və yerinin möhkəmlənməsindən istifadə edib ölkənin tənəzzülünün  qarşısını almaq üçün hansısa addımlar ata bilər. Bir daha deyirəm, bu, ümidim çox cüzidir.



Siz bilirsiniz ki, Azərbaycan Konstitusiyası 7 ildən bir dəyişilir və Prezident Administrasiyasının rəsmisi Şahin Əliyev də bu gün xatırladıb


ki,


sonuncu dəyişikliklər 7 il əvvəl olub. Bu, o demək


dirmi


ki, 7 ilıdən sonra da dəyişiklik mümkün olsun?

– 7 ildən sonra nə olacağını deyə bilmərəm. Çünki 7 ilin kifayət qədər böyük müddət olduğunu düşünmürəm, yaxın illərdə hər şey mümkündür. Azərbaycan kiçik ölkə olduğundan təkcə özündən yox, xaricdə gedən siyasi-ictimai proseslərdən də asılıdır.  Bu gün beynəlxalq aləmdəki proseslər xaosun müəyyən elementlərini göstərir. İstər Rusiyanın Ukraynanın ərazisini işğal etməsi, istər Böyük Britaniyanın Avropa Birliyindən çıxması, istərsə də Türkiyədəki son hadisələr gedişatı proqnozlaşdırmaqda çətinlik yaradır. Amma bir şeyi qeyd edim, sizinlə söhbətdən əvvəl Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun müsahibəsini oxudum, o, parlamentin buraxılmasının gözlənilmədiyini deyir. Bu hətta xırda ümidləri də kiçildir. Baxmayaraq ki, “Turan” İnformasiya Agentliyinin bu barədə təhlili həmişəki kimi nikbinlik aşılayırdı. Beləliklə, baş verən prosesin ümumi xarakteristikası odur ki, hakimiyyət sadəcə olaraq, avtoritarizmi dərinləşdirməklə Özbəkistan, Türkmənistan və Şimali Koreya yolunu gedir.



Siz müxalifətin, müstəqil mətbuatın sıradan çıxarıldığını, məhkəmə və qanunverici hakimiyyətin icra hakimiyyətindən tam asılı olduğunu dediniz.  Belə olan təqdirdə hakimiyyət nə üçün tələsir, nəyə lazım idi “vintləri”bu  qədər sıxmaq?


A


xı, qanunvericiliyə əsasən, sənəd Milli Məclisdə iki oxunuşdan keçməli, hüquqi, sui-istifadə, linqivistik ekspertizaya göndərilməli və nəhayət, ictimai müzakirə keçirilməliydi


– Çünki nə qədər desək də, Azərbaycan hələ Türkmənistan, Özbəkistan və Qazaxıstan deyil, görünən odur ki, hakimiyyət 1993-cü ildən demokratik azadlıqların qarşısını almaq, ölkəni mütləq monarxiyaya çevirmək istiqamətində yol tutub. Amma bu yolu getmək Orta Asiyada olduğu kimi asan olmayacaq. Səbəb Azərbaycanın müəyyən demokratik ənənələrinin olmasıdır, bu ənənələr həmişə irticalaşmaya qarşı müqavimət göstərib. 1993-cü ildən sonrakı hadisələri xatırlayın, həmişə irticalaşmaya qarşı müqavimət olub. Düzdür, müqavimət zəif olub, prosesin ümumi istiqamətini dəyişməyə gücü çatmayıb, amma son repressiyalardan sonra Azərbaycan cəmiyyətində sözünü deyən qüvvələr var. Ona görə də hökumət istədiyi irticalaşmanı birdən-birə həyata keçirə bilməyib, gücü çatmayıb. Bu gün baş verənlər qalan işartıları, sözünü deyənləri tam qapatmaq arzusunun təzahürüdür. Məqsəd Azərbaycanı Türkmənistandan fərqləndirməməkdir.


– Tarixi qanunauyğunluğu da unutmayaq, tarixin dinamik inkişafı var.


Q


loballaşma, texnoloji yenilənmə, sosial şəbəkələrin olduğu dünyada Avropa Şurası üzvü olan Azərbaycanın Türkmənistana və ya Şimali Koreyaya çevrilməsi mümkündürmü?

– Arqumentlərinizlə tamamilə razıyam. Amma 3 məsələ var: indiki hakimiyyət heç vaxt məntiqlə fəaliyyət götərmir, məntiqlə düşünsəydilər bu gün Azərbaycanda demokratik cəmiyyət olmalıydı.  Çünki dünyanın gələcəyinin demokratiyada olduğunu inkar etmək olmur.  Bizim hakimiyyət isə həmişə əks-məntiqlə fəaliyyət göstərib, sualın cavabını da burda axtarmalıyıq. Hökumətin cavabı budur ki, əlbəttə mümkündür, edə bilərik, nə olsun ki, sosial şəbəkələr var, onlara da nəzarət edib yolumuzu gedəcəyik. Amma üçüncü məsələ odur ki,  biz tarixən hökumətin məntiqinin heç də istədiyi nəticəni vermədiyini göstərmişik. 2009-cu il referendumundan əvvəl xarici radioları FM-dən çıxardılar,  elə bildilər ki, informasiyaya tam şəkildə nəzarət edirlər. Birdən ortaya sosial şəbəkələr çıxdı, ardınca aktivləşmə oldu və informasiyaya nəzarəti tamamilə itirdilər. Cavabları repressiya oldu, bunun nəticəsi isə dünyada az olan imiclərini sıradan çıxardı, hakimiyyətin mahiyyətini aşkarladı. Əvvəl iqtidar Rusiya və İranı misal çəkib demokratiyaya doğru addım ata bilməməsini bəhanə gətirirdisə, indi o bəhanə də yoxdur. Bəli, hakimiyyətdən xeyir götürmək üçün dəstək verənlər var. Amma dünya ictimaiyyəti üçün hakimiyyətin məqsədinin nə olmasını repressiyalar ortaya qoydu. Bir daha deyirəm, asan olmasa da, istədiklərinə doğru addım-addım gəlirlər, Azərbaycan cəmiyyəti kifayət qədər müqavimət göstərib, qarşısını ala bilməsə də, yollarını qısaltmağa imkan verməyib. Gələcəkdə nə olacaq -bu, böyük sual altındadır. Çünki bizdən asılı olan məsələ deyil. Geosiyasi vəziyyətimiz kənardakı hadisələrin təsirinə şərait yaradır. Bəli, uzaq perspektivdə hakimiyyətin məqsədinin alınmayacağını bilirəm. Tarix də sübut edir ki, bu cür rejimlərin demokratiyanı boğmasının faktiki nəticəsi olmur. Sadəcə, həmin günün nə zaman olacağı böyük sual altındadır. Bütün hallarda nəinki uzaq, orta perspektivdə də Azərbaycanda demokratiyanın qarşısını almaq mümkün deyil.  Ona qədər ağır dönəmlər olacaq, hazırda demokratik müxalifət sıradan çıxıb, əsas müxalifət siyasiləşmiş din olacaq.



O zaman Orta Şərq ölkələrinin keçdiyi yolu da keçəcəyik?

– Başqa yol yoxdur, ona doğru gedir. Bu gün Orta Asiyada da həmin vəziyyətdir. Bir daha deyirəm, mövcud gedişatda o qədər nüanslar var ki, söylədiyimiz perspektivlər tamamilə səhv də çıxa bilər. 2009-cu ildən sonrakı hadisələri xatırlatdım ki, texnoloji dəyişikliklər bir sıra avrtoritar rejimlərin bütün proqramlarını dağıtdı. Həm də Azərbaycan kimi rejimlərdə dinamikanı izləmək olduqca çətindir, hadisələr gözlənilmədən elə istiqamətə doğru gedir ki, nə qədər oxusan da, tapa bilmirsən. Sadəcə, ümumi qanunauyğunları bilirsən ki, gələcək demokratiyanın əlindədir.


– Siz çıxışınızda demokratik


dünyadan danışdız,


beynəlxalq təşkilatların adını çəkdiniz. Ancaq demokratik dünya Referendum Aktına susqunlqla yanaşır, bu barədə nə deyə bilərsiniz?

– Səbəbi barədə konkret danışa bilmərəm. Ola bilər ki, Azərbaycan hakimiyyəti 2003 və 2009-cu ildə olduğu kimi bu dəfə də onları aldadıb. Yəni yerlərini möhkəmləndirəndən sonra islahatlara başlayacaqları vədi verilib. Yaxud dünyanın geopolitik vəziyyəti açıq münasibət bildirməyə problem yaradır. Bəlkə regionda Azərbaycan hakimiyyətinə ehtiyac var və bu, tənqidlərin ifadə olunmasına ciddi baryerlər yaradır. Bəli, faktiki olaraq gözlənilən reaksiya olmadı. Ümumiyyətlə, son vaxtlar siyasi məhbusların müdafiəsində də ciddi süstlük yaranıb, vaxt vardı onlar haqda xarici mediada məqalələr yazılırdı, adları hallanırdı. İnformasiyamız olmadığından gedişatın dərinliyini bilmirik. Biz mövcud qanunauyğunluqlar əsasında mülahizələrimizi bölüşürük, ancaq həyatda hər şey mümkündür.

Ana səhifəVideoAltay Göyüşov: Məqsəd Azərbaycanı Türkmənistandan fərqləndirməməkdir