Almaniyalı deputat: Tofiq Yaqublunun həbsi məsələsini Avropa Parlamentində səsləndirəcəm

Deputat deyib ki, onun Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun və mühacirlərin aclıq aksiyasından xəbəri var.

Source: Specify Source


Deputat aclıq aksiyası keçirən mühacirlərlə görüşüb

Sentyabrın 11-də Xristian Demokrat Partiyasının Bundestaqdakı deputatı Frank Heinrich Almaniya kansleri Angela Merkelin ofisi önündə aksiya keçirən azərbaycanlı mühacirlərə baş çəkib. Deputat deyib ki, onun Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun və mühacirlərin aclıq aksiyasından xəbəri var. Meydan TV əməkdaşının məlumatına görə, Frank Heinrich bildirib ki, o, Avropa Parlamentində, eləcə də Bundestaqda bu məsələni səsləndirməyə, ictimailəşdirməyə çalışacaq.

Azərbaycanlı jurnalist Əfqan Muxtarlı və ictimai fəallar artıq 5 gündür ki, kanslerin ofisi önündə çadır quraraq aclıq aksiyası keçirirlər. Onlar Tofiq Yaqublunun həbsinə etiraz edir, onun azad olunmasını tələb edirlər.

Martın 22-dən həbsdə olan Tofiq Yaqublu sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib. O, artıq 10 gündür ki, aclıq aksiyası keçirir. Müxalif fəalı müayinə edən professor Adil Qeybulla onun vəziyyətinin kritik olduğunu bildirir.

image_from_ios (1).jpg
Almaniyalı deputat aksiyaçılarla görüşüb
Ana səhifəSiyasətAlmaniyalı deputat: Tofiq Yaqublunun həbsi məsələsini Avropa Parlamentində səsləndirəcəm