Almaniyadan 264 inək gətiriləcək

2009-2013-cü illərdə həmin mənbənin vəsaitləri ilə 10 590 baş iri və xırdabuynuzlu heyvan alınıb

Source:


2009-2013-cü illərdə həmin mənbənin vəsaitləri ilə 10 590 baş iri və xırdabuynuzlu heyvan alınıb

Dekabrın 15-də Azərbaycana Qolşteyn-friz cinsindən 264 baş Almaniya inəyi gətiriləcək. Bu sayda ilk belə partiya inəklər fermerlər arasında bölünüb.

Kənd Təsərrüfatı Nazirliyi bu barəsə məlumat yayıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 6 iyun 2014-cü il tarixli 537 nömrəli sərəncamının icrası ilə əlaqədar heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə  7160 baş iri buynuzlu cins damazlıq heyvanların gətirilməsi üçün müqavilə imzalanıb. Satın alınacaq damazlıq düyələrin cins tərkibinin araşdırılması, seçilməsi və respublikaya gətirilməsi məqsədilə Nazirliyin bir qrup mütəxəssisi və idxal olunacaq damazlıq heyvanların alınmasını sifariş vermiş sahibkarlar AFR-də ezamiyyətdə olublar.

Xatırladaq ki, prezident İlham Əliyev bu ilin yayında damazlıq heyvanların alınması üçün dövlət büdcəsinin ehtiyat fondundan “Aqrolizinq” ASC-yə 13,5 mln, 20 noyabrda isə 10 mln manat ayırıb.

Alınan mallar qiymətinin 50 faizə 3 illiyə lizinqə verilir.

2009-2013-cü illərdə həmin mənbənin vəsaitləri ilə 10 590 baş iri və xırdabuynuzlu heyvan alınıb. Bir neçə özəl heyvandarlıq müəssisəsi yaradılıb. “Aqrolizinq” ASC 2004-cü ildə yaradılıb. 100 faiz dövlət mülkiyyətidir. 2009-cu ildən  Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir.

Ana səhifəXəbərlərAlmaniyadan 264 inək gətiriləcək