Almaniyada “Azərbaycanda insan haqları” sərgisi təşkil olunub

“Bu kimi informasiya və etraz xarakterli aksiyaların Avropada tez-tez keçirilməsi zəruridir, avropalılar Azərbaycan həqiqətlərini bilməlidir”

Source:


“Bu kimi informasiya və etraz xarakterli aksiyaların Avropada tez-tez keçirilməsi zəruridir, avropalılar Azərbaycan həqiqətlərini bilməlidir”

Avropa Demokratiyaya Dəstək Alyansının təşəbbüsü ilə Almaniyanın Nürnberq və Münster şəhərlərində 10 dekabr Ümumdünya İnsan Haqları Günü münasibətilə ”Azərbaycanda insan haqları” mövzusunda sərgi təşkil edilib.

Meydan TV-yə bu barədə alyansın rəhbəri Tural Sadıqlı məlumat verib.

Tural Sadıqlının sözlərinə görə, Nürnberqdə təşkil olunan sərgidə ”İnsan haqları çadırı” qurulub: ”Məqsədimiz avropalılara Azərbaycanda insan haqlarının hansı vəziyyətdə olduğunu bildirmək və informasiya vermək idi. Həmçinin Azərbaycanda insan haqlarının necəliyini, siyasi məhbusların olduğunu, insan haqlarının pozulduğunu, söz azadlığının boğulduğunu ifadə edən alman və ingilis dillərində broşurlar paylanılıb”.

Sərgi 4 saat davam edib.

Həmçinin Almaniyanın Münster şəhərində də oxşar sərgi təşkil olunub, broşurlar paylanılıb. Münsterdə təşkil olunan sərginin təşkilatçılarından olan Çağlar Qasımov bildirib ki, bu kimi informasiya və etraz xarakterli aksiyaların Avropada tez-tez keçirilməsi zəruridir. Avropalılar Azərbaycan həqiqətlərini bilməlidir.

Ana səhifəXəbərlərAlmaniyada “Azərbaycanda insan haqları” sərgisi təşkil olunub