Almaniya şirkəti Azərbaycandan gedir

Şirkət Türkmənistanı da tərk edib

Source:

Şirkət Türkmənistanı da tərk edib

Almaniyanın “DEA Deutsche Erdoel AG” şirkətinin Azərbaycandakı filialı bağlandığını elan edib. Bu barədə “Report”a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Bülbülə qəsəbəsi, Çaparidze küçəsi ev 9, mənzil 37 ünvanına bildirə bilərlər.

Mərkəzi Hamburq şəhərində yerləşən şirkət xam neftin və təbii qazın kəşfiyyatı və hasilatı üzrə əməliyyatlar aparır.

Ötən gün şirkət Türkmənistandan da çıxdığını elan edib. Səbəb kimi isə bürokratik əngəllər və korrupsiya amillərinin mövcudluğu göstərilib.

Ana səhifəXəbərlərAlmaniya şirkəti Azərbaycandan gedir