Almaniya Bundestaqı Azərbaycanda insan haqlarını müzakirə edir

Azərbaycanda siyasi dustaqlar, insan haqları fəallarının təqib edilməsi, siyasi hüquqların boğulması faktları sənəddə geniş şəkildə əksini tapıb

Source:


Azərbaycanda siyasi dustaqlar, insan haqları fəallarının təqib edilməsi, siyasi hüquqların boğulması faktları sənəddə geniş şəkildə əksini tapıb

Mayın 11-də Almaniya parlamentində (Bundestaq) Azərbaycanda insan haqları və söz azadlığının durumu müzakirə edilir. Müzakirə Yaşıllar Partiyasının təqdim etdiyi qətnamə layihəsi ətrafında gedir. Qətnamə layihəsində Azərbaycanda insan haqlarının vəziyyətini əks etdirən maddələr yer alıb.

Məlumatı Facebook-da mühacirətdə olan jurnalist Natiq Ədilov paylaşıb.

Onun bildirdiyinə görə, Qətnamənin 21-ci bəndində “Azadlıq” qəzetinə qarşı basqılardan söhbət gedir. Bu bənddə deyilir: “Federal hökumət nəzərə almalıdır ki, müxalif qəzet olan “Azadlıq” 2011-2013-cü illərdən başlayaraq diffamasiya qanunundakı normativ məhdudiyyətlər üzündən çoxsaylı təqiblərə məruz qalmaqdadır. Bu qəzetin küçə və metro satışı üzərində qadağalar qoyulub, qəzetin satışından gələn pullar verilmir, nəşriyyata yaranan borclara görə qəzet tez-tez nəşrini dayandırmağa məcbur olur”.

Bundan başqa, qətnamədə “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilovun, eləcə də “Azərbaycan saatı” proqramındakı fəaliyyətinə görə jurnalist Seymur Həzinin həbsi barədə də narahatlıqlar federal hökumətin nəzərinə çatdırılır.

Sənəddə Meydan TV-in materiallarından da istifadə olunub (

Sənədə keçid linki

).

Ana səhifəXəbərlərAlmaniya Bundestaqı Azərbaycanda insan haqlarını müzakirə edir