Almaniya büdcə artımının necə xərclənməli olduğunu müzakirə edir

“İndi hamısı daha asan olacaq, çünki bunun üçün gücümüz var”.

Source: Foto: arxiv


Ötən il Almaniyanın büdcəsi rekord həddə çatıb

Almaniyada federal hökumətin 2019-cu il büdcəsinin 13 milyard 500 milyon avro olaraq rekord artımla nəticələnməsi ölkənin maliyyə qaynaqlarının necə xərclənməsi ilə əlaqədar müzakirələrə səbəb olub, – “Deutsche Welle” xəbər verir.

Büdcə artımının yeni investisiyalar üçün istifadəsini təklif edən Maliyyə naziri Olaf Şoltz (Scholz) deyib: “Almaniyaya çox sərmayə qoyma hazırda müzakirəyə açıq deyil”. İnfrastrukturun, məktəblərin, xəstəxanaların, iqlim dəyişikliyinə qarşı mübarizənin və ölkənin bütün bölgələrinə bərabər xidmət göstərilməsinin mümkün olduğunu qeyd edən Sosial Demokrat Partiyasının (SPD) üzvü Şoltz bildirib:

“İndi hamısı daha asan olacaq, çünki bunun üçün gücümüz var”.

Almaniya hökuməti büdcəsinin artımı ilə büdcə ehtiyatındakı pulların həcmi 48 milyard avroya çatıb. Almaniya Maliyyə Nazirliyinin verdiyi məlumata görə, bu pulun 17 milyard 100 milyon avrosunun necə xərclənməsi hələ planlaşdırılmayıb.

Büdcə artımından sonra koalisiya ortağı olan Xristian Birliyi (CDU / CSU) partiyaları vergilərin endirilməsi tələblərini yenidən gündəmə gətiriblər. “Çətin iqtisadi vəziyyəti nəzərə alaraq iş vergisini azaltmalı və həmrəylik vergisini 2022-ci ildən etibarən ləğv etməliyik”,- Xristian Demokratik Birlik (CDU) Partiyasından Ekart Reyberq (Eckhardt Rehberg) deyib.

Xristian Demokratik Birliyindən olan (CDU) İqtisadiyyat naziri Peter Alymayer (Altmaier) uzun müddətdir Almaniyanın şərq əyalətlərinin inkişafı üçün işgüzar alınan həmrəylik vergisinin tamamilə ləğv edilməsini və işlətmə vergi dərəcələrinin azaldılmasını tələb edib.

Federal səviyyədə büdcə artımının vergi ödəyicilərinə aid olduğunu müdafiə edən Liberal Azad Demokrat Partiyasının (FPD) sədri Kristian (Christian) Lindner vergilərin azaldılmasının lazım olduğunu deyib. Vergilərin azaldılmasını tələb edən Sol Partiya da orta təbəqənin vergi yükünün azaldılmasını istəyir.

Almaniyada 2019-cu ilin büdcəsi keçmiş Şərqi Almaniya və Qərbi Almaniyanın birləşdiyi 1990-cı ildən bəri ilk dəfə bu qədər yüksək olub. Rekord büdcə artımının ən önəmli səbəbi hökumətin təxminlərinin altında edilmiş faiz ödəməsi olub.

Ana səhifəDünyaAlmaniya büdcə artımının necə xərclənməli olduğunu müzakirə edir