Almaniya: Avropa liderləri Brexit danışıqlarına müdaxilə edəcəklər

Barnier Britaniyanın Aİ sərhədlərində suverenliyinin itirlməsi ilə bağlı iddialarını rədd edir

Source:


Barnier Britaniyanın Aİ sərhədlərində suverenliyinin itirlməsi ilə bağlı iddialarını rədd edir

Britaniya Avropa İttifaqı (Aİ) ilə sərbəst ticarəti təmin etmək üçün suverenliyindən imtina etməlidir, lakin Avropa liderləri payızda kompromis sazişini imzalamaq üçün danışıqlara yenidən müdaxilə edəcəklər, – “Guardian” Almaniyanın Brüsseldəki səfirinə istinadən xəbər verir.

Maykl Klauss (Clauss) indiyə qədər danışıqlarda “real irəliləyiş olmadığını” deyib və əlavə edib ki, siyasə məsələ sentyabr və oktyabr aylarında Aİ-nin əsas diqqət mərkəzinə çevriləcək.

Almaniya ilin ikinci yarısında Aİ-nin sədrliyini qəbul edəcək.

“Razılaşma mümkündürmü? Bəli, əlbəttə. Ancaq düşünürəm ki, Birləşmiş Krallıq da daha real yanaşma ortaya qoymalıdır”,- o deyib.

“Bir sözlə, hesab edirəm ki, tam bir suverenliyə sahib olmaq və və eyni zamanda daxili bazara tam giriş əldə edə bilmək mümkündür”.

Aİ-nin 27 dövlət və hökumət başçısının diqqətini danışıqlara yönəltməyə hazır olması Downing Street üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Britaniya rəsmiləri Mişel Barnierin danışıqlar mövqeyinin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayırlar.

Hər iki tərəf Avropa balıqçılıq gəmilərinin Böyük Britaniya sularına çıxışı və eyni zamanda sıfır tarifli ticarət sazişinin müqabilində İngiltərənin Aİ-nın inkişaf edən dövlətə yardım qaydaları və ümumi ekoloji, sosial və əmək standartlarına uyğunlaşması məsələsi üzərində ortaq məxrəcə gələ bilmir.

İngilis siyasətçiləri bildirilər ki, danışıqlar artıq Aİ-nin gündəmində deyil və tez-tez bu siyasi durumun dəyişdirilməli olduğunu vurğulayırlar.

Klauss deyib ki, 2020-ci ilin son ayları bu danışıqlarla məşğul olacaq. O əlavə edib ki, Berlinin əsas prioriteti Aİ-nin pandemiya bərpa fondu ilə bağlı razılaşma əldə etməklə yanaşı, iki tərəf arasında anlaşma əldə olunması olacaq.

Narahatlığın daha böyük səbəbi Almaniya səfirinin təkididir. Belə ki, ortaq ticarət sazişi İngiltərədən Brüsselə müraciət etmədən öz daxili qanunlarını təyin etmək üçün lazımı suveren hüququndan imtina etməsini tələb edəcək.

Barnier Britaniyanın Aİ sərhədlərində suverenliyinin itirlməsi ilə bağlı iddialarını rədd edir.

Angela Merkelin Brüsseldəki əsas nümayəndəsi olaraq tanınan Klauss deyib ki, Avropa Komissiyasının sədri Ursula von der Leyen, Avropa Şurasının prezidenti Çarlz Mişel və Britaniyanın Baş naziri Boris Conson səhm almaq üçün bu ay görüşəcək.

“Hamınızın bildiyi kimi danışıqlarda heç bir real irəliləyiş əldə edilməyib. Bu, daha çox hər iki tərəfin öz mövqelərini təkrarlamasından ibarətdir”,-o deyib.

“Bildiyiniz kimi, məsələ Birləşmiş Krallığın və onun şirkətlərinin daxili bazara gələcəkdə girişi ilə bağlıdır”.

“Ümid edirik ki, oktyabr ayında Avropa Şurası [liderlər zirvəsi] ilə razılaşma əldə edəcəyik”,- o təkrar edib.

Ana səhifəDünyaAlmaniya: Avropa liderləri Brexit danışıqlarına müdaxilə edəcəklər