“Alınan təyyarənin qiyməti 1 illik elm büdcəsindən 3 dəfə çoxdur”

“Görünür, uşaqpulu və digər ehtiyaclar fonunda VİP B777-200 (LR) təyyarəsi almaq daha ünvanlı və səmərəlidir”.

Source: Foto: http://airsoc.com/


İqtisadçı: "Yeni təyyarə Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin xidməti istifadəsi üçün nəzərdə tutulub"


Azərbaycan Hava Yolları

(AZAL) 346 milyon 900 min ABŞ dolları yeni təyyarə alıb. Həmin VİP təyyarənin hökumət nəqliyyatı kimi istifadə olunacağı bildirilir.

Həmin lüks B777-200 (LR) təyyarəsindən “Boing” şirkəti indiyə qədər cəmi 59 ədəd istehsal edib. Təyyarənin yaxın zamanlarda Azərbaycana gətiriləcəyi bildirilir.

“Boing” şirkətinin ən çox əməkdaşlıq etdiyi hava yolları “Delta Air Lines” (DL, Atlanta Hartsfield Jackson) və “Emirates” (EK, Dubai Int'l) hava yollarıdır.

Digər əməkdaşlıq etdiyi şirkətlər içində “Qatar Airways”, “Air Canada”, “Ethiopian Airlines”, “Air India”, “Turkmenistan Airlines”, “PIA – Pakistan International Airlines”, “Aviation Link”, “Comlux Aruba”, “Iraqi Airways” da var.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, hökumət nəqliyyatı üçün dizayn edilən təyyarənin alınması üçün AZAL 589 milyon 730 min manat ödəyib. Bu vəsait gələn il ölkə üzrə ödəniləcək bütün növ müavinət və sosial yardımlara ayrılan vəsaitə bərabərdir:

“Hətta 1 illik elm büdcəsindən 3 dəfədən, 1 illik ətraf mühitin mühafizəsi xərclərindən 2 dəfədən də çoxdur”.

İqtisadçı deyir ki, təyyarənin satın alınmasına xərclənən vəsaitlə kənd yerlərində yaşayan 0-17 yaşlı qız uşaqlarının hər birinə 1 il ərzində hər ay 95 manat 90 qəpik müavinət vermək olardı:

78309566_10218390598228031_2732151013359222784_n.jpg
Qubad İbadoğlu

“Prezident İlham Əliyev tez-tez çıxışlarında vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. Görünür, uşaqpulu və digər ehtiyaclar fonunda VİP B777-200 (LR) təyyarəsi almaq daha ünvanlı və səmərəlidir”.

Qubad İbadoğlu deyir ki, alınan yeni təyyarə Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin xidməti istifadəsi üçün nəzərdə tutulub.

2020-ci ilin dövlət büdcəsində neftin bir bareli 55 dollardan götürülüb. Gələn il Neft Fondundan Dövlət büdcəsinə 11,7 milyard manat birbaşa transfert gözlənir.

Ana səhifəİqtisadiyyat“Alınan təyyarənin qiyməti 1 illik elm büdcəsindən 3 dəfə çoxdur”