Ali Məhkəmə İlqar Məmmədov haqqında qərar verdi

Məhkəmə ReAL sədrinin işini Şəki Apellyasiya Məhkəməsinin baxışına qaytardı

Source:


Məhkəmə ReAL sədrinin işini Şəki Apellyasiya Məhkəməsinin baxışına qaytardı

Oktyabrın 13-də ReAL-ın həbsdə olan sədri İlqar Məmmədovun kassasiya şikayəti üzrə Ali Məhkəmənin 9 ay fasilədən sonra ikinci-sonuncu iclası keçirilib.

İlqar Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsiilə mühakimə olunaraq Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən 7 il azadlıqdan məhrumetmə cəzası verilib və bu qərarı Şəki Apellyasiya Məkhəməsi qüvvədə saxlamışdı.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 22 may 2014 tarixində İlqar Məmmədovun işi üzrə yekun qərarını açıqlamış və qeyd-şərtsiz azadlığa çıxmasını tələb etmişdir. Bu müddət ərzində Avropa Şurası Nazirlər Komitəsi AİHM-ın qərarının icra edilməsi ilə bağlı 2 qətnamə qəbul edib və hər iki qətnamədə AİHM-ın qərarlarının Azərbaycan hökuməti tərəfindən icra edilməsini tələb edib.

İlqar Məmmədov 13 noyabr 2014-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdi. İlk iclas 13 yanvar 2015-ci ildə keçirilmiş və qeyri-müəyyən tarixədək təxirə salınmışdı. Ali Məhkəmə həm də AİHM-in və kassasiya şikayəti haqqında bu gün növbəti iclasını keçirdi. Ali Məhkəmənin qərarına əsasən İlqar Məmmədovun işini Şəki Apellyasiya Məhkəməsinin baxışına qaytardı.

Respublikaçı Alternativ Hərəkatı İdarə Heyəti Ali Məhkəmənin bu qərarını Azərbaycan Respublikasının Konstitusiyasına zidd, Azərbaycan hökumətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərin pozulması və Ali Məhkəmənin bu qərarının siyasi sifariş olduğunu bəyan edir.

Ana səhifəXəbərlərAli Məhkəmə İlqar Məmmədov haqqında qərar verdi