Partlayış Donetskdəki ”Separ” restoranında baş verib
Ukraynanın Donetsk şəhərinin mərkəzində baş vermiş partlayış nəticəsində tanınmamış Donetsk Xalq Respublikasının başçısı
Aleksandr Zaxarçenk
o həlak olub.
Onun aldığı yaralardan xəstəxanada öldüyü bildirilir. Partlayış Donetskdəki “Separ” restoranında olub.
Zaxarçenko Kremlin yaxın adamı və Ukraynaya girmiş seperatçıların başçılarından biri kimi tanınırdı.
“İnterfaks” Agentliyi partlayışın törədilməsində bir neçə şübhəli şəxsin saxlanıldığı haqda məlumat yayıb:
“Bir neçə ukraynalı diversant və onlarla əlbir olan insanlar saxlanılıb”.