Aktyor İlqar Cahangirə hücum olub

Aktyor İlqar Cahangir bir sürücünü döyən Nəqliyyat Nazirliyinin əməkdaşlarını telefonu ilə
videoya çəkərkən özü də hücuma məruz qalıb. Nəqliyyat müfəttişləri onun telefonunundakı yaddaş kartnı da çıxarıblar.

Source:

Aprelin 9-da Nəqliyyat Nazirliyinin işçiləri tanınmış sənətçi, “Oda” teatrının aktyoru İlqar Cahangiri döyübər. Hadisə Bakı Beynəlxalq Avtovağzalda baş verib.

Bu barədə Meydan TV-yə İlqar Cahangirin özü məlumat verib. Aktyorun sözlərinə görə, nazirliyin əməkdaşları bir vətəndaşı döyərkən hadisəni telefonla çəkirmiş. Bu zaman nazirlik işçiləri onu təhqir edərək, telefonunu alıb, kartını çıxarıblar.

Aktyora fiziki güc göstərən nazirlik əməkdaşları sonra onu avtovağzalın ikinci mərtəbəsində oturan rəisin kabinetinə aparıblar.

Hazırda Meydan TV-nin əmıkdaşı hadisə yerindədir.

Ana səhifəXəbərlərAktyor İlqar Cahangirə hücum olub