AKP təkbaşına iqtidar oldu

Davudoğlu tərəfdarlarına təşəkkür etdi, Dəmirtaş millət vəkili seçilmədi

Source:


Davudoğlu tərəfdarlarına təşəkkür etdi, Dəmirtaş millət vəkili seçilmədi

Türkiyənin NTV kanalının məlumatına görə, 1 noyabrda keçirilən təkrar parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) qalib gəlib. Bununla AKP təkbaşına hökumət formalaşdıracaq.

Bildirilir ki, səslərin 99,5 faizi hesablanıb və məlum olub ki, AKP-nin 49,4, Cümhuriyyət Xalq Partiyası (CHP) 25,4, Milliyyətçi Hərəkat Partiyası (MHP) 12, Xalqların Demokratiya Partiyası (HDP) isə 10,5 faiz səs qazanıb.


Nəticələrə əsasən AKP parlamentdə 316 millət vəkili yeri alıb. Hökumət formalaşdırmaq üçün isə ən azı 276 yer tələb olunurdu.

İndiki nəticələrə görə, CHP 134 deputat yeri qazanıb, MHP 41, HDP isə 59 yerə sahiblənib. HDP lideri Səlahəddin Dəmirtaş bu dəfə parlamentə düşə bilməyib.

Seçkini Konyada izləyən AKP lideri Əhməd Davudoğlu ilk qeyri-rəsmi nəticələrin açıqlanmasından sonra partiya üzvlərinə və tərəfdarlarına müraciət edərək onlara minnətdarlığını bildirib. 2019-cu ildəki seçkiyə qədər ölkəyə xidmətə davam edəcəklərini xatırladan AKP lideri Davudoğlu “İnşallah, Allah-tala axirətdə də sizlərlə qonşu olmağı mənə qismət edər”- deyə sözlərini bitirərək Konyadakı Mövlana muzeyini ziyarətə gedib.

Ana səhifəXəbərlərAKP təkbaşına iqtidar oldu