“Ümid edirəm ki, regionumuza sülh gələcək və biz o günlərdə olduğu kimi əməkdaşlıq edib enerji sistemlərimizi şaxələndirə biləcəyik”
“Ermənistan ölkələr arasında siyasi fikir ayrılıqlarını aradan qaldırdıqdan sonra Azərbaycandan qaz almağa hazırdır”.
Tbilisi Beynəlxalq “İpək Yolu” Forumunda iştirak edən Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan belə deyib.
O bildirib ki, münaqişəyə görə Azərbaycandan Ermənistana qaz və elektrik enerjisinin verilməsinin dayandırılması Ermənistanın qaz və elektrik sistemi üçün sarsıdıcı hadisə olub. Çünki Ermənistan qazı vaxtilə Azərbaycandan alıb, sonra isə məcbur Gürcüstan ərazisindən keçən yeni qaz kəmərinin tikintisinə başlanıb:
“Ümid edirəm ki, regionumuza sülh gələcək və biz o günlərdə olduğu kimi əməkdaşlıq edib enerji sistemlərimizi şaxələndirə biləcəyik”, – Vardanyan öz fikrini bölüşüb.
Ermənistan hazırda qazı Rusiya və İrandan alır. Qaz müqabilində İrana elektrik enerjisi Ermənistandan verilir.