Ötən ay 645 şirkət rəhbərinin ölkədən çıxışı yasaqlanıb
Vergilər Nazirliyi “Property İnvestments” MMC-nin (Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin törəmə müəssisəsi) direktoru Fariz İbrahimlinin adını ölkədən çıxmasına qadağa qoyulanların siyahısına daxil edib.
“Turan” xıbır verir ki, buna səbəb bir neçə min manat vergi borcunun vaxtında ödənilməməsidir.
“Property İnvestments” 2015-ci ildə Bakıda tikilən 9 yaşayış kompleksinin qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədilə yaradılıb. Şirkətin məlumatına görə, onların ümumi sahəsi 77 min kv metrdir. Bunlar yeraltı qarajlar, qeyri-yaşayış və anbar sahələridir.
Nazirlik sentyabrda “Akkord”un daha bir təmsilçisi –”Akkord Beton” MMc-nin direktoru Uğur Babayevin də ölkədən çıxmasına qadağa qoyub. Bundan sonra borc məbləği 448 mindən 158 min manata azalıb.
Oktyabrın 31-i üçün 645 şirkətin rəhbərinin ölkədən çıxmasına qadağa qoyulub.