”Akif Çovdarov məni ailəmlə hədələdi” (yenilənib)

Akif Çovdarov: ”İlqar Aşurbəyov məndən heyif çıxmaq istədi”

Source:


Akif Çovdarov: ”İlqar Aşurbəyov məndən heyif çıxmaq istədi”

Dekabrın 21-də Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-nin keçmiş idarə rəisi Akif Çovdarov və onunla birgə həbs edilən digər vəzifəli şəxslərin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasa bu dəfə də jurnalistlər buraxılmayıb.

İclasdan sonda jurnalistlərə açıqlama verən A.Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, iclasda zərərçəkmiş şəxslərdən İlqar Aşurbəyov ifadə verib. O, A.Çovdarova 300 min manat pul verdiyini deyib. Bildirib ki, A.Çovdarov ona hədə-qorxu gəlib və ailəsi ilə hədələyib:

“Akif Çovdarov dedi ki, ailən var. Mən də bu sözdən qorxduğum üçün ona pulu verdim”.

Daha sonra vəkillərin suallarını cavablandıran İ.Aşurbəyov bildirib ki, MTN cinayətkar yuva idi. A.Çovdarov isə onun dediklərini təkzib edib. Bildirib ki, İ.Aşurbəyovun onunla şəxsi qərəzi olub:

“Nazir Eldar Mahmudovun bir tapşırığı ilə bağlı mən öz işçimə tapşırıq vermişdim. İşçim həmin tapşırıqla bağlı İlqar Aşurbəyovdan bir məsələni soruşmuşdu. O da mənim işçimə kobud cavab vermişdi. Mən də bunu nazirə məruzə etdim. Buna görə nazir İlqar Aşurbəyovu cəzalandırdı. Bundan sonra İlqar məndən heyif çıxmaq istədi”.

Vəkillər İ. Aşurbəyovdan baş verənlərlə bağlı niyə heç bir hüquq-mühafizə orqanlarına şikayət etməməsini soruşublar. O, suala cavab verərək bildirib ki, vəzifədən çıxandan heç kimlə təması olmayıb.

Daha sonra iclasda şahid qismində keçmiş MTN əməkdaşı, hazırda DTX-nın idarə rəisi olan Anar Abidov ifadə verib.

O, zərərçəkmiş Tofiq İbrahomovdan 62 min manat pul alması haqqında deyilənləri təkzib edib və belə bir şey baş vermədiyini deyib.

Günün ikinci yarsında davam edən prosesdə zərərçəkmiş İ. Aşurbəyovun qayınatası Əflatun Kərimov ifadə verib.

O, istintaqa verdiyi ifadəsini təsdiq edib. Bildirib ki, kürəkəni İ. Aşurbəyov ondan 50 min manat borc pul alıb.

Ə. Kərimov İ.Aşurbəyovun MTN əməkdaşlarına pul verməsindən xəbərdar olduğunu söyləyib. Proses dekabrın 26-da davam edəcək.

Təqsirləndirilən şəxslər – Akif Çovdarov, Səlim Məmmədov həmin Məcəllənin Akif Əliyev və Orxan Osmanov Cinayət Məcəlləsinin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Ana səhifəXəbərlər”Akif Çovdarov məni ailəmlə hədələdi” (yenilənib)