Akif Çovdarov işdən çıxarılıb?

Vaxtilə DİN-dəki cinayətkar qrupun rəhbəri Hacı Məmmədov məhkəmədə çıxışında bildirmişdi ki, onun mütəşəkkil cinayətkar qrupu MTN-in tərkibində fəaliyyət göstərən digər qruplarla müqayisədə heç nədir

Source:


Vaxtilə DİN-dəki  cinayətkar qrupun rəhbəri Hacı Məmmədov məhkəmədə çıxışında bildirmişdi ki, onun mütəşəkkil cinayətkar qrupu MTN-in  tərkibində fəaliyyət göstərən digər qruplarla müqayisədə heç nədir

MTN-də “təmizləmə əməliyyatı” davam edir. Qeyri-rəsmi məlumatlara görə, adı bir çox hay-küylü cinayətlərdə keçən general Akif Çovdarov da işdən çıxarılıb.

İlk dəfə o, özünü 2008-ci ildə “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə hücum zamanı tanıdıb. O zaman jurnalist Bakıdakı zeytun bağlarının zəbt edilməsi barədə reportaj hazırladığına görə  A.Çovdarov və MTN-in Dağbəyi Allahverdiyev adlı əməkdaşı onu döymüşdülər.

Bundan sonra MTN işçiləri jurnalist ovuna çıxaraq bir neçə dəfə onu qorxutmağa, öldürməyə cəhd göstəriblər.

A.Çovdarov barədə növbəti məlumatı “Realnıy Azerbaydjan” nəşrinin redaktoru Eynulla Fətullayev verib. O bildirib ki, 2007-ci ildə A.Çovdarov E.Fətullayevin saxlandığı təcridxanaya gələrək açıq şəkildə bildirib ki, 2005-ci ildə “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlini o təşkil edib. O, E.Fətullayev də daxil olmaqla, hökuməti tənqid edənlərin hamısını məhv edəcəyilə hədələyib.

Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev A.Çovdarovu qardaşı Mahirin oğurlanmasında və öldürülməsində ittiham edib.

Qeyri-rəsmi məlumatlara görə, A.Çovdarov kriminal çəkişmələr, oğurluq və reketliklə bağlı çirkin tapşırıqları yerinə yetirirmiş.

Vaxtilə DİN-dəki  cinayətkar qrupun rəhbəri Hacı Məmmədov məhkəmədə çıxışında bildirmişdi ki, onun mütəşəkkil cinayətkar qrupu MTN-in  tərkibində fəaliyyət göstərən digər qruplarla müqayisədə heç nədir.

Hələlik A.Çovdarovun işdən çıxarılması barədə rəsmi şərh və ya təsdiq daxil olmayıb. Əgər bu məlumat təsdiqlənərsə, son illərin bir sıra ağır cinayətərinin üstünün açılması mümkündür. Akif Çovdarov son vaxtlar MTN idarələrindən birinə rəhbərlik edib (Turan İA).

Ana səhifəXəbərlərAkif Çovdarov işdən çıxarılıb?