”Ailə ardıcıllığının ölkəyə nə gətirə biləcəyini yaxın gələcək göstərəcək”

”Turan” birinci xanımın təyinatını şərh edir

Source:


”Turan” birinci xanımın təyinatını şərh edir

“Birinci ledinin yüksəldilməsinə hazırlıq 2003-cü ildə İlham Əliyevin hakimiyyətə gəlişindən dərhal sonra başladı”.

“Turan” Analitika Xidmətinin analizində belə deyilir:

“Bir il sonra, o, yeni təsis edilmiş Heydər Əliyev Fonduna – geniş vəsaitləri və səlahiyyətləri olan “dövlətdə dövlətə” rəhbərlik etdi. 2015-ci ildə o, Bakıda Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik etdi. Təşkilat Komitəsinə demək olar ki, bütün hökumət üzvləri daxil idi və onlar birinci ledinin ilk sərəncamlarını və nəzarətini görmüş oldu”.

“Turan”-ın analitikləri sonrakı mərhələni belə təhlil edirlər:

“Onun liderliyi mövzusu müasir tarixin ən çətin dövrlərində özünü qabarıq şəkildə göstərib. Məsələn, 2013-cü il prezident seçkiləri zamanı ilk dəfə onun prezidentliyə namizədliyinin irəli sürülməsi təşəbbüsü səslənib. 2013-cü ilin iyununda özünü “Demokratik Azərbaycan Dünyası” Partiyası adlandıran yeni təşkil edilmiş qrup M.Əliyevanın namizədliyini irəli sürüb. Amma bu ideya hakim “Yeni Azərbaycan” Partiyasında pis qarşılandı, partiya bunu təxribat kimi qiymətləndirdi. Bu ideyanın fəalları sonradan təzyiqə məruz qalıblar və fəaliyyəti dayandırıblar. Avqustda bir ay əvvəl yaradılmış “Vətən naminə xalq birliyi” hərəkatı onun prezidentliyə namizədliyini irəli sürdüyünü bildirib. Amma birinci ledi seçkilərə getməyib, Hərəkat isə yoxa çıxıb.

Sentyabrın 26-da keçirilən 2016-cı il referendumundan dərhal sonra “Vətən naminə xalq birliyi” hərəkatı yenə özünü göstərib, birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyin edilməsi təşəbbüsünü irəli sürüb, bunu, “ölkənin bir çox problemlərinin həll olunacağı” ilə əsaslandırıb. Xüsusən, “qısa müddət ərzində Qarabağ problemi həll olunacaq, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi möhkəmlənəcək, milli birlik əldə olunacaq”.

Hərəkatın lideri, 80-ci illərin sonlarında “Tövbə” dini icmasını yaratmış və ona rəhbərlik etmiş, sonradan isə Bakıda “İmam Hüseyn” məscidi dini icmasının lideri olmuş Hacı Əbdül

“Turan”-a

19 noyabr 2016-cı il tarixli müsahibəsində deyib:

Hacı Əbdül foto Turan İA

“Bu xanımın namizədliyindən, daha sonra birinci vitse-prezidentliyindən bu xalqa zərrəcə ziyan yoxdur, ançaq xeyir var, vəssəlam. Milləti birləşdirməyi, milli birliyi, vəhdəti ancaq Mehriban xanım yarada bilər və əslinə qalsa, bu birlik onun fəaliyyətinə bağlıdır. Xalq bir nəfər kimi onun ətrafında birləşərək ölkənin önündə duran problemləri həll edə biləcək. Kim qoşulmayacaqsa, bu da millətin birliyini istəməmək kimi dəyərləndiriləcək. Düşüncəmə görə, Allah bizə bir fürsət verib, bundan istifadə edərək ölkənin problemlərini həll etmək lazımdır”.

“O zaman İlham Əliyev prezident, xanımı birinci vitse-prezident olur, hələ ki, dünyada belə təcrübə yoxdur, bu məsələni necə həll etmək olar?” – sualına cavabda Hacı Əbdül deyib:

“Başa düşürəm. Amma ortada başqa məsələ də var. Biz Mehriban xanımın namizədliyini ona görə irəli sürmürük ki, ölkənin birinci xanımı, deputat, ya Heydər Əiyev Fondunun prezidentidir. Biz bu namizədliyi ona görə dəstəkləyirik ki, bütün fəaliyyətilə buna layiqdir. Biz bu yerə layiq olduğu üçün onun namizədliyini irəli sürürük. Məsələnin mənəvi tərəfi onun bu vəzifəyə layiq olmasıdır. Məsələnin hüquqi tərəfi bizə bağlı deyil””.

“Turan”-ın siyasi şərhçiləri hesab edirlər ki, Əliyevanın təyin edilməsinin iki məqsəd aspekti ola bilər:



1) hakimiyyətin ardıcıllıq yolu ilə keçməsinin və birinci şəxsin hansısa səbəblərdən öz rolunu yerinə yetirə bilməyəcəyi fövqəladə hallar üçün təhlükəsizliyin təmin olunması.



2) Əliyevanın 2018-ci il prezident seçkilərində birinci mövqeyə irəli sürülməsinə hazırlıq. Bu, İlham Əliyevin rəhbərliyi altında yeni komanda formalaşdırılması və birinci vitse-prezidentin idarəetmə təcrübəsinin artırılması dövrü olacaq.

“Millətin yerli, siyasi, dini, etnik motivlərlə birləşməsi problemi həqiqətən aktualdır, hələ cəmiyyətin misli görünməmiş sosial təbəqələşməsini və “elita” və xalq arasında uçurumun genişlənməsini demirik.

Vitse-prezidentlik institutunun və bütün digər yeniliklərin və dəyişikliklərin apreldə tətbiq olunması gözlənilirdi. Prezident İlham Əliyev özü ötən ilin oktyabrında bildirib ki, referendumdan irəli gələn qərarlar altı ay sonra həyata keçirilməyə başlayacaq. Amma, göründüyü kimi, iqtisadi böhran hakimiyyəti tələsdirir. Dünən nəqliyyat naziri Ziya Məmmədov istefaya göndərilib. Nazirlik Rabitə Nazirliyinin tərkibinə qoşulub və ona Heydər Əliyev Fondundan çıxan 39 yaşlı Ramin Quluzadə rəhbərlik edib.

Bu tələskənliyə əsasən cəmiyyətin baharın ilk günlərindəcə bir çox yeniliklərin, o cümlədən köhnə komandanın kənarlaşdırılaraq, yenisinin formalaşdırılmasının şahidi olacağını gözləmək olar. Yüksək səviyyədə ailə ardıcıllığının ölkəyə nə gətirə biləcəyini yaxın gələcək göstərəcək. İstənilən halda, proses göstərir ki, islahatlardan qaçmaq qeyri-mümkündür” – şərhçilər vurğulayır.

Ana səhifəAnalitika”Ailə ardıcıllığının ölkəyə nə gətirə biləcəyini yaxın gələcək göstərəcək”