Qərarlardan 49-u Nazirlər Komitəsinin nəzarət proseduruna daxil edilib
Bu gün Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 3760 qərarı icrasını gözləyir.
Rusiya daxil edildikdə bu say 6112-yə yüksəlir.
Həmin qərarların 285-ni AİHM Azərbaycanla bağlı verib.
Bu qərarlardan 49-u 2022-ci ildə Nazirlər Komitəsinin nəzarət proseduruna daxil edilib.
2021-ci ildə bu say 46, 2020-ci ildə 51 olub.
2021-ci ildə Azərbaycanla bağlı 271, 2020-ci ildə isə 235 qərar icra edilməsini gözləyib.
Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) AİHM-nin qərarlarının icra durumu ilə bağlı 2022-ci il üzrə yeni açıqlanmış hesabatına görə, Azərbaycan AİHM qərarlarını ən pis icra edən Avropa Şurası ölkəsidir.
Azərbaycan indiyədək AİHM-in 90 qərarını icra edib.
Bu göstərici AİHM-in Azərbaycanla bağlı çıxardığı qərarların ümumilikdə 24 faizini təşkil edir.
2022-ci ilin dekabr ayınadək Azərbaycanla bağlı çıxarılmış 285 qərar, yəni ümumi qərarların 76 faizi isə icrasını gözləyir.
Azərbaycandan sonra AİHM qərarlarını ən pis icra edən 2-ci ölkə Rusiyadır – Rusiya AİHM-in qərarlarının 36,79 faizini (1369 qərar) icra edib.
AİHM-in Rusiyaya qarşı çıxardığı 2352 qərar (63,21 faiz) icra edilməsini gözləyir.
3-cü sırada Gürcüstan gəlir. Qonşu ölkə AİHM qərarlarının 58,28 faizini (95 qərar) icra edib, 68 qərar (41,72 faiz) icra edilməsini gözləyir.
AİHM qərarlarını ən yaxşı icra edən (99-100 faiz) ölkələr Andorra, Lixtenşteyn, Avstriya, Sloveniyadır.
Aparıcı qərarların icra durumu daha ciddi problemlidir. Azərbaycan aparıcı qərarların cəmi 13 faizini (8 qərar) icra edib.
53 aparıcı qərar (86,89 faiz) icra edilməsini gözləyir.
İkinci sıradakı Rusiya aparıcı qərarların 27 faizini icra edib.
Bu kateqoriyada sıralamada 3-cü Albaniyadır, bu ölkə üzrə aparıcı qərarların 52 faizinə nəzarət qapadılıb.
2022-ci ildə Azərbaycanla bağlı ümumilkdə 35 qərarın icrasına nəzarət qapadılıb.
Həmin qərarların 3-ü aparıcı, 32 təkrararlanan işlər üzrə çıxarılan qərarlar olub.
Azərbaycan 2022-ci ildə ərizəçilərə ümumilikdə 986 mindən artıq ədalətli əvəz ödəyib.
2022-ci ildə AİHM-in ümumilikdə 800 qərarının icrasına nəzarət qapadılıb.