Məhəmməd Səlimov mitinqlə bağlı məlumat yaydığı üçün 10 sutka cəza alıb
Ağdaşda yaşayan gənc fəal Məhəmməd Səlimov saxlanılıb. Bu barədə məlumatı fəalın yaxınları “Facebook” şəbəkəsində paylaşıb.
Ramin Sayəddinov adlı şəxsin yaydığı xəbərdə bildirilir ki, “Mamedik Gunner” kimi “Facebook” istifadəçisi olan Məhəmməd Səlimov müxalifətin 11 sentyabrda keçirəcəyi dinc mitinqlə bağlı məlumat paylaşdığı üçün Ağdaş Polis Bölməsinə aparılıb. Sonradan o, məhkəməyə çıxarılıb və polisə müqavimət göstərməkdə təqsirli bilinərək, on günlük inzibati həbs cəzası alıb.
Məhəmməd Səlimovun bir müddət əvvəl də 15 sutka həbs cəzası aldığı bildirilir.