"Bütün xərcləri nəzərə alsaq, 1 hektar təxminən 3 min manatdan artıq xərc tələb edir"

Mənbə: Azərtac

Başlıq: "Bütün xərcləri nəzərə alsaq, 1 hektar təxminən 3 min manatdan artıq xərc tələb edir"

Ağdamlı fermer: Hərbi əməliyyatlar nəticəsində əkin sahəsi yararsız hala düşüb

“Bu il hava şəraiti məhsuldarlıq üçün yaxşı oldu, amma Ağdamın mütəmadi atəşə tutulması planlarımızı alt-üst etdi”

Məmmədovlar ailəsi Ağdam işğal ediləndən sonra öz evlərini tərk etməyə məcbur qalıb. Ağdamda müəllim işləmiş 63 yaşlı Abbas Məmmədov deyir ki, fermer tədərrüfatı yaradıb. Ergi düzündə soğan əkib-becərməklə ailəsini dolandırır. Qarabağda hərbi əməliyyatlar başlayandan sonra isə təsərrüfatla məşğul ola bilmir.

“Əkin sahələrinə mərmilər düşüb. Üstəlik, soğanın yarısı yığım vaxtı gecikdiyindən zay olub. 4 hektar sahədə soğan əkmişik”.

Fermerin sözlərinə görə, həm yerli, həm də xarici bazarda Ağdam, Bərdə bölgəsində istehsal edilən soğan, sarımsağa təlabat var. İndiyədək məhsulunu xarici bazara çıxara bilim. İndi isə hərbi əməliyyatlar nəticəsində əkin sahəsi yararsız hala düşüb.

Məmmədovun sözlərinə görə, təkcə öz ailəsi deyil, 4 ailə də onun təsərrüfatında çalışmaqla dolanıb:

“Torpağı şumlamaq, üstünün daranması, xəstəliklə mübarizə üçün dərman, alağın təmizlənməsi- bunların hamısı xərc tələb edir. Yağmurlu havada ay boyu 1 hektar sahəni 10-15 fəhlə təmizləyir. Hər birinə gündəlik ödəniş olunur. Bu il hava şəraiti məhsuldarlıq üçün yaxşı oldu, amma Ağdamın mütəmadi atəşə tutulması planlarımızı alt-üst etdi”,- fermer danışıb.

Abbas Məmmədovun 2 övladı, 5 nəvəsi var. 11 nəfərlik ailə bir müddət qohumlarının evində məskunlaşıb.

Fermer deyir ki, əkin sahəsi dövlət hesabına təmizlənəcək:

“Həm mən, həm də digər fermerlər mövsümdə soğanın kiloqramını 15 qəpikdən satsa belə, qazanc götürə bilirik. Bir neçə ildir Türkiyədən, Hollandiyadan yüksək məhsuldarlığı olan sortlar gətirmişik. Bütün xərcləri nəzərə alsaq, 1 hektar təxminən 3 min manatdan artıq xərc tələb edir. Məhsuldarlıq yüksək olduqda qoyulan xərcləri çıxara bilirik, üstəlik, qazanc da götürürük. Ən pis halda belə xərci borcu ödəyirdi. Bizim alıcılar həmişə olurdu. Bu il hərbi əməliyyatlara görə nə fermerlər əkin sahələrinə gedə bildi, nə də alıcı gəldi”.

Ağdamlı fermerlər deyirlər ki, əkin sahələri daimi atəş altında olduğundan, təmizlənməlidir. Hələlik dəymiş zərər müəyyənləşdirilməyib, amma sahələrdə yenidən əkin üçün vaxt lazımdır. Vaxt isə, fermer üçün əlavə xərc deməkdir.

Hazırda regional kənd təsərrüfatı müəssisələri dəymiş zərəri müəyyənləşdirməyə çalışır. Kənd Təsərrüfatı Nazirliyi isə minlərlə fermerə zərər dəydiyini, bununla belə zərərlə bağlı araşdırmanın bitmədiyini açıqlayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/leu238

Ən çox baxılan