”AGBank” iki filialını bağlayıb

Filiallar “Elmlər” filialına birləşdirilib

Source:

Filiallar “Elmlər” filialına birləşdirilib

“AGBank” ASC-nin iki filialı bağlanıb. “APA-Economics”in xəbərinə görə, bankın Bakının Yasamal rayonu, İnşaatçılar prospekti 31A ünvanında yerləşən “İnşaatçılar” filialı “Elmlər” filialı ilə birləşdirilib.

 Bundan başqa, paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31 ünvanında yerləşən “Azadlıq” filialı da “Nəsimi” filialı ilə birləşdirilib.

 Bankdan “APA-Economics”ə informasiyanı təsdiqləyiblər.

Ana səhifəXəbərlər”AGBank” iki filialını bağlayıb