AFFA-ya yeni baş katib təyin olundu

Foto: AFFA

Fəxrəddin Manafovla Qənirə Paşayeva da qurumun Himayəçilər Şurasına seçilib

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Federasiyanın rəsmi saytının yaydığı məlumata görə, iclasda AFFA-nın yeni baş katibinin adı da açıqlanıb. AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katibin müavini postunda çalışan Sərxan Hacıyevə tapşırılıb.
Sərxan Hacıyev baş katib vəzifəsində Elxan Məmmədovu əvəz edib. Məmmədov həm də, AFFA-da icraçı vitse-prezident postunu tutur.

Sərxan Hacıyev. Mənbə: AFFA

Sərxan Emin oğlu Hacıyevin 35 yaşı var, Daşkənd şəhərində anadan olub, Bakıda böyüyüb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb. 2006-2008-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bayrağı altında keçirilən uşaq-gənclər yarışlarında hakimlik edib. 2009-cu ildən bugünədək AFFA-da işləyir. Azərbaycan, rus, ingilis və türk dillərini bilir.
Bundan başqa, iclasda AFFA-nın yaratdığı Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibi də təsdiqələnib. Şurada aktyor Fəxrəddin Manafov, deputat Qənirə Paşayeva kimi şəxslər də yer alıb.

Sədr
Vəli Qasımov

Üzvlər
Fəxrəddin Manafov
Asim Xudiyev
Yunis Hüseynov
Qənirə Paşayeva
Sona Abbasova
Anar Həsənov
Rüstəm Əfsərli
Şaiq Qəribzadə

Ana səhifəSosialAFFA-ya yeni baş katib təyin olundu