Adil İsmayılov məhkəmələri ittiham etdi

“Bundan sonra kimsə “Azərbaycanda müstəqil və ədalətli məhkəmə var” deyirsə, buyursun, yazdığımı təkzib edib, sübut etsin!”

Source:


“Bundan sonra kimsə “Azərbaycanda müstəqil və ədalətli məhkəmə var” deyirsə, buyursun, yazdığımı təkzib edib, sübut etsin!”

“Günel Həsənli, 2013-cü ildən iş təcrübəsi olan, gənc məhkəmə-tibb eksperti Müşfiq Həmzəliyevin iki rəyinə əsasən, Yasamal rayon Məhkəməsinin 2013-cü ildən iş təcrübəsi olan gənc hakimi Akşin Əfəndiyevin 20 fevral 2015-ci il tarixli hökmü ilə  CM-nin 263.1-ci maddəsi ilə sadəcə Cəmil Həsənlinin qızı olduğu üçün etmədiyi cinayətə görə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bunu mən vəkil Adil İsmayılov tam məsuliyyətim ilə deyirəm”.

Bu fikirləri tanınmış vəkil Adil İsmayılov öz Facebook səhifəsində yazıb.

Vəkil bildirib ki, Bakı Apellyasiya və Ali məhkəmələrin  təcrübəli hakimləri də bu qanunsuzluğa haqq qazandırdılar: “Apellyasiya Məhkəməsi təkrar ekspertiza keçirməkdən imtina etdi. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin ilkin məhkəmə iclasının qərarından verdiyim şikayəti təmin etmədi. Bundan sonra kimsə “Azərbaycanda müstəqil və ədalətli məhkəmə var” deyirsə, buyursun, yazdığımı təkzib edib, sübut etsin!”.

Ana səhifəXəbərlərAdil İsmayılov məhkəmələri ittiham etdi