Açıq Büdcə İndeksində Azərbaycan mövqelərini itirib

“Neftin ucuzlaşması hökuməti məlumatları daha da qapalı etməsinə gətirib çıxardı”

Source:
Bakı
Bakı


“Neftin ucuzlaşması hökuməti məlumatları daha da qapalı etməsinə gətirib çıxardı”

Açıq Büdcə İndeksində (THE OPEN BUDGET INDEX 2017) 2017-ci ilin statistikasını

açıqlayıb

.

Azərbaycan 100 mümkün baldan 34 bal toplayıb. Bununla da şəffaflığı kifayət qədər olmayan 4-cü – minimal məlumatın mümkünlüyü (Minimal Information Available) kateqoriyasına daxil olub.

İqtisadçı Samir Əliyev deyir ki, 2017-ci ilin Açıq Büdcə İndeksində Azərbaycanın mövqeyi pisləşib:

“115 ölkə arasında 77-ci yeri tutmuşuq. Ölkəmizin topladığı bal 2006-cı ildən sonra ən aşağı səviyyədir. Bundan əvvəl 51 bala (2015) yüksəlmə olsa da, neftin ucuzlaşması hökuməti məlumatları daha da qapalı etməsinə gətirib çıxardı”.

Qonşu Gürcüstan Açıq Büdcə İndeksində 82, Rusiya 72, Türkiyə 58, Qırğızıstan 55, Qazaxıstan 53 bal toplayıb.

Ana səhifəXəbərlərAçıq Büdcə İndeksində Azərbaycan mövqelərini itirib