“Açılmayan 35 işi boynunuza qoyarıq” (VİDEO)

Fevralın 9-da bir qrup şikayətçi Baş Prokurorluğun qarşısında yolu bağlamağa cəhd edib. Əksəriyyəti qadınlardan ibarət olan şikayətçilərin etirazına səbəb övladlarının həbs olunmasıdır. Onların yeddisi quldurluqda, eyni zamanda Aynurə Rüstəmova adlı şəxsin 150 manat pulunu mənimsəməkdə ittiham olunurlar.

Zərərçəkən Aynurə Rüstəmova isə həbs olunan 7 nəfərdən şikayəti olmadığını deyir:

“Məni söyməyiblər, döyməyiblər, asmayıblar. 12 il iş, 14 il “türmə” nə deməkdir? 18-22 yaşında uşaqlardı. Xahiş edirəm, bizim yuxarda oturan böyüklərdən, buraxsın bu 7 nəfəri. Heç əsgərliyə getməyiblər, əsgərliyə yollasınlar. Mənim ürəyim, vicdanım qəbul eləmir”.

Qadınlardan biri Arzu Bağırova deyir ki, oğluna işgəncə veriblər.

“Deyiblər ki, burda açılmayan 35 dənə iş var, sənin boynuna… Oğlum deyir ki, “”mama” daha dözə bilmədim mən. Burdakı damarımı qopardım, qan fışqırdı yuxarı. Sonra rəisi çağırdılar aşağı. Rəis gələndən sona məndən əl çəkdilər. Gətirdi qabağıma kağız qoydu. Ya zorlamanı yazacaqsan, ya da yazacaqsan ki, sən quldurluq etmisən”.

Şikayətçilər səslərini çatdırmaq üçün Baş Prokurorluğun binasının qarşısındakı yolu kəsdilər. Bundan sonra prokurorluq şikayətçiləri qəbul etdi.

Ana səhifəVideo“Açılmayan 35 işi boynunuza qoyarıq” (VİDEO)