AÇ-2024: Azərbaycan millisi ikinci oyunda da uduzub

Azərbaycan yığma komandası. Foto: AFFA

Yığma komanda İsveçə böyük hesabla məğlub olub

Futbol üzrə Azərbaycan milli komandası martın 27-də Avropa çempionatı-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirib.

İtaliyalı mütəxəssis Canni De Byazinin baş məşqçisi olduğu komanda səfərdə İsveç yığması ilə qarşılaşıb.

Hər iki komanda ilk turda böyük hesabla məğlub olmuşdu. Azərbaycan millisi Avstriyaya 1:4 hesabı ilə uduzmuşdusa, isveçlilər Belçika yığmasına 3 cavabsız qolla məğlub olmuşdular.

İsveçlə oyun Azərbaycan millisinin böyük hesablı məğlubiyyəti ilə başa çatıb – 0:5.

Beləliklə, yığma komanda AÇ-2024-ün seçmə mərhələsində keçirdiyi iki oyunda qapısından 9 top buraxıb, cəmi 1 qol vurub. Xal isə – 0. Azərbaycan yığması elə bu 0 xalla yer aldığı F qrupunda sonuncu pillədə qərarlaşıb.

Ana səhifəXəbərlərAÇ-2024: Azərbaycan millisi ikinci oyunda da uduzub