ABŞ Senatının komitəsi Azərbaycanda yeni səfirin namizədliyini dəstəkləyib

Senatda tam tərkibdə səfirin namizədliyi üzrə səsvermə dekabrın 17-nə təyin edilib

Source:
Erl Litsenberger
Erl Litsenberger


Senatda tam tərkibdə səfirin namizədliyi üzrə səsvermə dekabrın 17-nə təyin edilib

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi cümə axşamı Erl Litsenberger və Linn Treysinin Azərbaycanda və Ermənistandakı yeni səfiri postuna namizədliyini dəstəkləyib.

“Turan” agentliyinin məlumatına görə, onların yekun təsdiqi Senatın bütün tərkibinin təqdir etməsindən sonra olacaq.

Senatda tam tərkibdə Litsenbergerin namizədliyinin təsdiqlənməsi üzrə səsvermə bazar ertəsi dekabrın 17-nə təyin edilib.

“Bir çoxları kimi, səfir Litsenbergerin də təyinatı artıq icra təqviminə daxil edilib və Senatın tam tərkibi tərəfindən baxılmasını gözləyir”, – Konqresdəki mənbə bildirib.

Ana səhifəXəbərlərABŞ Senatının komitəsi Azərbaycanda yeni səfirin namizədliyini dəstəkləyib