ABŞ Senatında Azərbaycanla bağlı dinləmələr keçiriləcək

“Bir il Azərbaycan cəmiyyəti görünməmiş təzyiqlərə məruz qalıb, onlarla jurnalist və vətəndaş cəmiyyəti fəalı, siyasətçi, din xadimi həbs edilib”

Source:


“Bir il Azərbaycan cəmiyyəti görünməmiş təzyiqlərə məruz qalıb, onlarla jurnalist və vətəndaş cəmiyyəti fəalı, siyasətçi, din xadimi həbs edilib”

Oktyabrın 28-də ABŞ Senatında Azərbaycanda insan hüquqlarının pozulması məsələsilə bağlı dinləmələr keçiriləcək. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

“Azərbaycanda seçkilər ərəfəsində insan hüquqları” adlanan dinləmələrə senatorlar Mark Kirk və Kris Kuns, həmçinin bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları təşəbbüs göstəriblər.

Bu təşəbbüs 1 noyabr parlament seçkiləri fonunda Azərbaycanda insan hüquqlarının pozulmasının və vətəndaş cəmyyətinin sıxışdırılmasının davam etməsindən irəli gəlib.

Tədbir haqda yayılmış press-relizdə deyilir:

“Bir ildə Azərbaycan cəmiyyəti görünməmiş təzyiqlərə məruz qalıb, onlarla jurnalist və vətəndaş cəmiyyəti fəalı, siyasətçi, din xadimi həbs edilib.

Onların bir çoxu, Leyla və Arif Yunuslar səhhətləri ağır olsa da işgəncələrə, iztirablara məruz qalıblar.

Həmçinin bir sıra Amerika QHT-ləri, Azadlıq Radiosunun nümayəndəliyi təqib və təzyiqlərə məruz qalıb, radionun əməkdaşı Xədicə İsmayılova həbs olunub.

Qarşıdakı müzakirələr Azərbaycanda hazırki siyasi atmosferin qiymətləndirilməsinə və bu sualların cavablandırılmasına yönəlib: Gələcək demokratiya baxımından 1 noyabr parlament seçkiləri hansı əhəmiyyəti daşıyır? Hansı insan haqları pozuntuları baş verib? Azərbaycanın demokratik dəyərlərdən uzaqlaşması onun ABŞ ilə tərəfdaşlığına necə təsir göstərir? Azərbaycanda insan hüquqlarını necə qorumaq və ölkələr arasında ləyaqətli tərəfdaşlığı necə saxlamaq olar?”

Tədbirə dəvətlilər arasında Leyla və Arif Yunusların qızı Dinara Yunus, ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç, Milli Demokratiya Fondunun nümayəndəsi Miriam Lanskoy, Freedom House nümayəndəsi Tamara Grigoryeva da var.

Tədbirin moderatoru ABŞ dövlət katibinin keçmiş müavini Devid Kramer olacaq.

Ana səhifəXəbərlərABŞ Senatında Azərbaycanla bağlı dinləmələr keçiriləcək