ABŞ səfirinin Kılıçdaroğlu ilə görüşü Ərdoğanı hiddətləndirdi

Foto: CHP

“Bir az başınızı işlədin. Siz səfirsiniz, burada ünvanınız prezidentdir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfiri Ceff Fleykin Cumhuriyet Xalq Partiyasının sədri (CHP) sədri Kemal Kılıçdaroğlu ilə görüşməsinə sərt reaksiya verib.

Səfir C.Flake martın 29-da K.Kılıçdaroğlunu CHP-nin qərargahındakı ofisində ziyarət etmişdi.

Rəcəb Tayyib Ərdoğan. Foto: Meydan TV

Prezident Ərdoğan isə çıxışında ABŞ-ı hədəfə alıb:

Xüsusilə bu seçkilərdə Amerikaya dərs verməliyik. Bayden oradan danışır, Baydenin səfirinin burada nə işi var? Bu, utancvericidir. Bir az başınızı işlədin. Siz səfirsiniz, burada ünvanınız prezidentdir. İndi hansı üzlə durub prezidentdən görüş istəyəcəksən?”

“Qapılarımız onun üzünə bağlı idi. Onu bir daha görə bilməz. Limitinizi biləcəksiniz. Səfir kimi vəzifənizi biləcəksiniz. Səfir kimi necə işləməyi öyrənəcəksiniz. Bu qapı yoldan ötənin mehmanxanası deyil. Siz daxil ola bilməzsiniz. Bu səbəbdən ümid edirəm ki, mayın 14-nə yaxşı hazırlaşırıq”, – deyə Ərdoğan fikini tamamlayıb.

Mayın 14-də Türkiyədə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın, Kamal Kılıçdaroğlunun, Məhərrəm İncənin və Sinan Oğanın namizədlikləri təsdiq edilib.

Ana səhifəDünyaABŞ səfirinin Kılıçdaroğlu ilə görüşü Ərdoğanı hiddətləndirdi