ABŞ konqresmenlərinə silahlı hücum olub

”Hücumun motivi hələ ki, bəlli deyil, istintaq gedir”

Source:


”Hücumun motivi hələ ki, bəlli deyil, istintaq gedir”

ABŞ-da bir qrup konqresmenə silahlı hücum edilib. Prezident Donald Trump bildirib ki, Virciniya ştatında bir qrup konqresmenə silahlı hücumla bağlı vəziyyəti diqqətlə izləyir.

Prezident bu insidenti “faciə”adlandırıb:

“Vitse-prezident Mayk Pens və mən insidentdən xəbərdarıq və vəziyyəti yaxından izləyirik. Bu faciədən dərin məyus olmuşuq”, – deyə Trump yazılı bəyanatında bildirir.

NBS News-in məlumastına görə, insident konqresmenlər Aleksandriya şəhərindəki beyspol meydanında məşq edərkən olub.

Nəticədə bir neçə nəfər xəsarət alıb.

Onlardan biri Respublikaçılar partiyasından olan konqresmen Stiv Skaliz-dir. Güllə onun ayağına dəyib.

Polisin açıqladığı məlumatda isə deyilir ki, artıq 1 nəfər şübhəli saxlanıb. O, azı 20 dəfə atəş aça bilib:

“Hücumun motivi hələ ki, bəlli deyil, istintaq gedir”, – deyə polisin məlumatında deyilir.

Ana səhifəXəbərlərABŞ konqresmenlərinə silahlı hücum olub