ABŞ işğal altındakı ərazilərə maliyyə yardımı ayırmaqdan imtina edib

Erməni diasporunun və ermənipərəst konqresmenlərin təşəbbüsü ilə belə bir maddənin qanun layihəsinə salınması cəhdi baş tutmayıb

Source:


Erməni diasporunun və ermənipərəst konqresmenlərin təşəbbüsü ilə belə bir maddənin qanun layihəsinə salınması cəhdi baş tutmayıb

ABŞ Konqresi tərəfindən qəbul edilmiş 2016-cı maliyyə ili üzrə “Ümumi təxsisatlar” (ayırmalar) qanunu dekabrın 18-dən qüvvəyə minib.

APA-nın məlumatına görə, qanunda ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə (Dağlıq Qarabağa) hər hansı formada yardımını nəzərdə tutan heç bir müddəa yer almayıb. ABŞ-dakı erməni diasporunun və ermənipərəst konqresmenlərin təşəbbüsü ilə belə bir maddənin qanun layihəsinə salınmasına cəhd edilsə də, bu, baş tutmayıb.

2014-cü maliyyə ilindən etibarən ABŞ Konqresi qəbul etdiyi yekun təxsisatlar qanununa Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım göstərilməsini nəzərdə tutan müddəanı daxil etmir. Lakin 1998-2013-cü maliyyə illəri üzrə Konqresin qəbul etdiyi yekun təxsisatlar qanununda və ya onun əlavəsində Azərbaycanın işğal altındakı ərazilərində icra olunan müxtəlif layihələrin ABŞ tərəfindən maliyyələşdirilməsi üçün istifadə edilən bənd olub.

Ana səhifəXəbərlərABŞ işğal altındakı ərazilərə maliyyə yardımı ayırmaqdan imtina edib